Susmaq: Top-5 Üstünlüyü

0
3079
Susmaq: Top-5 Üstünlüyü

Susmaq – qızıldır. Üstəlik bunu qulaq asmaq qabiliyyəti və nəticə çıxartmaq qabiliyyəti ilə birləşdirsəniz yeni dostlar tapa, cəmiyyətə xeyir gətirə və uğurlu insan ola bilərsiniz.


İki dəfə düşünmək

Bir səhv söz sizi işinizdən və hətta həyat yoldaşınızdan ayıra bilər. Deyəcəyiniz hər bir sözü düşünün. Unutmayın ki, dialoq zamanı əsas danışığın sürəti yox, onun mənalı olmasıdır.


Anlaşılmaq

Bəzən insanlar yalnız onlara lazım olan şeyləri eşidirlər. Baxmayaraq ki, tərəf müqabili ola bilsin ki, tam başqa bir şey anlatmaq istəyir. Bu səbəbdən belə insanlarla özünüzü yormağa dəyməz.


Lakoniklik

Qısa danışmaq sizlik deyil? Bu zaman çalışın danışığınıza fikir verəsiniz. Boş boşuna danışmayın, fikrinizi lakonik çatdırın. Bendjamin Franklin lakonik danışmağı 30 ən qiymətli xüsusiyyətlərdən biri kimi hesab edirdi: “Susun. Əgər danışırsınız isə onun sizə və ya ətrafdakılara xeyiri olmalıdır”.


Polemikaya yox

Əgər hər hansı bir mövzu sizi maraqlandırıbsa, dərhal polemikaya girməyə ehtiyac yoxdur. İlk əvvəl hamıya qulaq asın sonra nəticə çıxardaraq fikrinizi bildirin. Bu sizə daha çox xeyir gətirəcək.


Yeni dostlar

Bəzən insana onu anlayana və diqqət yetirənə ehtiyacı olur. Bu zaman sonadək qulaq asmaq tərəf müqabiliniz tərəfindən yüksək qiymətləndiriləcək. Bu xüsusiyyətiniz olmasa sonadək yalnız qalacaqsınız.

 

ŞƏRH YAZIN