İş Həyatında Bu Vərdişləri Unudun!

0
1973
İş Həyatında Bu Vərdişləri Unudun!

Uğurlu kişi olmağın məsləhətləri var ki, sizi uğurlu kişi olmaqla yanaşı dünyanı da idarə edə biləcək birinə çevirə bilər. Aşağıda bu məsləhətləri sizlərə təqdim edirik.


Auditoriya

İlk əvvəl kiminlə ünsiyyətdə olacağınızı öyrənin. Əməkdaşlarınızın məqsədlərini və fikirlərini aydınlaşdırın. Əməkdaşlarınıza istədiklərini versəniz onların əvəzolunmaz və inamlı əməkdaşı olacaqsınız.


Biliklər

Siz mütləq nədən danışağınız barəsində güclü biliklərə sahib olmalısınız. Tərəfdaşlarınız başa düşəcəklər ki, sizlə yaxşı olar ki, mübahisə etməsinlər. Biliklər sahəsində avtoritetiniz möhkəmlənəcək və əməkdaşlar arasında seçiləcəksiniz. Bir qayda olaraq belə əməkdaşlar nəinki nüfuzlu, həmçinin böyük vəzifələrdə otururlar.


Ortaq maraqlar

Əgər kiminləsə dostlaşmaq istəyirsiniz isə onunla ortaq maraqlarınızı tapın. Bu həmişə ortaq dil tapmaqda kömək olur.


Strukturlaşmış

Sifarişçi və rəhbərlik sizi yaxşı anlasın deyə faktlarla danışmaq, səbəbini aydın izah etmək lazımdır. Həmişə dəqiq və dürüst adamla işləmək insana xoş olur.


Mənfi cəhətlər

Nüfuzlu kişi olmaq üçün öz təkliflərinizin mənfi cəhətlərindən də danışın. Bu olduqca cəsarətli bir addımdır. Qalib gəlmək üçün risk etdiyinizi qarşınızdakına inandırmalısınız.


Yardım

Nüfuzlu olmaqla yanaşı diqqət mərkəzində olmaq istəyirsiniz isə fikirləriniz cəmiyyətin təlabatına uyğun olmalıdır. İnsanların həyatını sadələşdirmək yollarını onlara izah edin və bu prosesdə rolunuzu qeyd edin. İnanın ki, sizin işiniz yüksək qiymətləndiriləcək.


Eqo

Ətraf insanların istək və eqolarını öyrənin və bütün layihələrinizi onların eqosuna uyğunlaşdırın. Bu sizin nüfuzunuzu birə bir artıracaq.


Ekspertlər

Professionallara onların istifadə və istinad etdikləri güclü mütəxəssiərin soyadlarına görə inanırlar. Güclü mütəxəssis və ya ekspert olmaq istəyirsiniz isə çoxlu kitab oxumalısınız.


Təvazökarlığa yox

Öz ideyalarınız və onların sayəsində qazandığınız uğurlar haqqında danışmağı utanmayın. Əsas odur ki, belə söhbətlərdə sərhəd biləsiniz ki, yekebaşlıq alınmasın.


Provokasiyalar

Şər tökən insanlardan uzaq olmağa çalışın. Əks halda gec və ya tez onlar sizi də şərləyə bilərlər. Bu halda bütün nüfuzunuz və hörmətiniz ayaqlar altına düşəcəkdir.


Unikallıq

İqtisadiyyatın əsas prinsipi: ideya nə qədər unikaldırsa, onun dəyəri bir o qədər də yüksəkdir. Rəhbərlik mütləq nou-xau ideyalara diqqət yetirəcəkdir.


Əminlik

İdeyalarınıza inanın. Yalnız bu halda öz doğru olduğunuzu ispat edə bilərsiniz. Əks halda uğur yan keçəcək.


Oratorluq bacarığı

Yaxşı oratora qulaq asmaqdan maraqlı heçnə ola bilməz. Bu insanlar hətta boş söhbəti elə təqdim edirlər ki, hamı onlara diqqətlə qulaq asır. Orator olmaq istəyən təmiz və inamlı danışmalıdır, audio və video materiallardan istifadə etməlidir, maraqlı faktlarla insanları cəlb etməldir, aktual misalları gətirməlidir. Orator insanlar Antarktidada qar da satarlar.


Məntiqlilik

Öz danışığınızda məntiqliliyi gözləyiniz. Bir fikirdən o biri fikirə dərhal yox, məntiqi əsaslarla keçiniz. Bu xüsusiyyət sizə nüfuzlu kişi olmaq yolunda kömək olacaq.


Siyasətçilik

Öz üstünlüyünüzü nümayiş etdirməyin, mübahisələrə qoşulmayın, ətrafla eyni tezlikdə olun. İnsanlar sizinlə özlərini sərbəst və rahat hiss etməlidirlər.


Yekebaşlığa yox

Təvəzökarlıq biznesdə uğur gətirməsə də, hər yerdə öz uğurlarınızdan da danışmağa ehtiyac yoxdur. Sadə olun və insanlar daim siz tərəfdə olacaqlar.

 

ŞƏRH YAZIN