Uğurlu Və Uğursuz İnsanın Fərqi.

0
4884
Uğurlu Və Uğursuz İnsanın Fərqi.

Uğurlu insanlar indiki anı yaşayırlar.

Uğursuz insanlar keçmişdə ilişib qalırlar.
 
Uğurlu insanlar informasiyanı paylaşırlar.
Uğursuz insanlar informasiyanı gizlədirlər.
 
Uğurlu insanlar ideyalar haqqında danışırlar.
Uğursuz insanlar başqaları haqqında danışırlar.
 
Uğurlu insanlar sevinc saçırlar.
Uğursuz insanlar qəzəb saçırlar.
 

Uğurlu insanlar dəyişikliklərə hazırdırlar.

Uğursuz insanlar dəyişikliklərdən qorxurlar.
 
Uğurlu insanlar hamıya uğur arzulayırlar.
Uğursuz insanlar gizlicə başqalarının uğursuzluqlarına ümid edirlər.
 
Uğurlu insanlar öz səhvlərinə görə məsuliyyət götürürlər.
Uğursuz insanlar öz uğursuzluqlarına görə ətrafdakıları günahlandırırlar.
 
Uğurlu insanlar davamlı olaraq öyrənirlər.
Uğursuz insanlar düşünürlər ki, hər şeyi bilirlər.
 
Uğurlu insanlar fərqli baxışları nəzərdən keçirirlər.
Uğursuz insanlar yalnız bir baxışı nəzərdən keçirirlər.
 
Uğurlu insanlar qarşılarına məqsəd qoyurlar.
Uğursuz insanlar heç vaxt qarşılarına məqsəd qoymurlar.
 
Uğurlu insanlar nə istədiklərini bilirlər.
Uğursuz insanlar heç vaxt nə istədiklərini bilmirlər.
 
Uğurlu insanlar qələbəni digərləri ilə paylaşırlar.
Uğursuz insanlar qələbəni mənimsəyirlər.
 
Uğurlu insanlar təşəkkür edirlər və nəzakət göstərirlər.
Uğursuz insanlar heç bir əsas olmadan tənqid edirlər.
 
Uğurlu insanlar bağışlaya bilirlər.
Uğursuz insanlar kin saxlayırlar.
 
Uğurlu insanlar kitab oxuyurlar.
Uğursuz insanlar televizora baxırlar.
 
Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN