Xırda əvəzinə milyon

0
2580
Xırda əvəzinə milyon

Bir çoxumuz həyatımızda heç olmasa bir dəfə kiminsə gözlənilmədə içərisi pula dolu çamadan tapdığı və ya lotereyada böyük məbləğdə uduşa sahib olduğu barədə ya oxuyub, ya da eşidmişik .

ABŞ sakini Larri Ross olub. O, heç vaxt bəxti gətirən olmayıb. Görünür yaxşı əməllərinə görə, günlərin birində taleyi onu mükafatlandırılıb. Ağır və narahat iş günlərinin birində Larri həmişə olduğu kimi fasilədə xot-doq yemək qərarına gəlib. Cibində xırda pullar olmayan Larri xot-doqun pulunu ödəmək üçün satıcıya 100 dollarlıq əskinaz verib. Satıcı isə ona xırda pulun olmadığını bildirib. Kioskda lotereya biletlərini görən Larri 98 dollara biletlər alıb. Qalan 2 dolları isə xot-doqa görə ödəyib. Bu biletlərdən biri uduşlu olub. Yeməyini yeyən fəhlə işləmək üçün geri qayıdıb. O, iri məbləğli uduşa sahib olduğundan belə xəbərsiz olub. Sonradan məlum olub ki, pul xırdalamaq xətrinə alınan lotereya biletləri Rossa 130 milyon dollar qazandırıb. Xoşbəxt adam bəxtinin gətirdiyinə uzun müddət inana bilməyib.

 

ŞƏRH YAZIN