XIX əsrin dahilərindən effektivlik haqqında dəyərli məsləhətlər

0
2705
XIX əsrin dahilərindən effektivlik haqqında dəyərli məsləhətlər

Zaman, sən nə vaxtsa öz gedişini təxirə sala bilərsən?

Hər yeni gün üzərimizə daha çox öhdəlik, daha çox vəzifələr yüklənir. Hərdən bütün bu qayğılardan uzaqlaşıb, istirahət etməyi bacaran insanlara həsəd aparıram. Əgər siz də onlardan deyilsinizsə, bu məqalə marağınızı çəkə bilər, axı burda iki əsr bundan əvvəl yaşamış dahilərin effektivlik haqqında məsləhətləri yer almaqdadır.

Elə düşünməyin ki, onların təcrübələri artıq işə yaramaz. Bu qədər zaman ötsə də, həyat hələ də başdan ayağa dəyişməyə vaxt tapmayıb. Həyat qanunları hələ də eyni qalmaqdadır, dəyişən yalnız zamandır.

Yaşamaq – hiss etməkdir, həyatdan zövq almaqdır, hər dəfə yaşadığımızı bizə xatırladacaq yeni nələrsə kəşf etmək deməkdir...

Nikolay Lobaçevskiy

Ömrünün 1 saatını belə hədər verən insan həyatın mənasını başa düşəcək qədər böyüməyib hələ...

Çarlz Darvin

Yaratmaqdan daha böyük zövqverici bir şey yoxdur bu dünyada

Qoqol

Cəsarətli qərar vermək hələ onu həyata keçirmək demək deyil.

Insanları idarə etməyin iki yolu var... biri qorxu, digəri şəxsi maraqdır.

Napoleon Bonapart

Avaralıq – istirahət etmək deyil.

Ceyms Kuper

Tarixdə heç nə şüursuz şəkildə, arzuolunan məqsəd olmadan baş verməyib.

Fridrix Engels

Dahilik – ayrı-ayrı bacarıqların tarazlıqda olduğu an ortaya çıxır. Dəlilik isə, lazımsız gərginlik və ya ayrılıqda hər  bir bacarığın normadan artıq şəkildə özünü büruzə verməsidir.

Lem Çarlz

İnsan yazdıqca daha çox yaza bilir. 

Uilyam Hezlit

 

ŞƏRH YAZIN