Xoş Əhvalın Təməli Səhər Qoyulur!

0
1903
Xoş Əhvalın Təməli Səhər Qoyulur!

5 sadə vərdiş, sadəcə 5 sadə vərdiş sizin həyatınızı dəyişə bilər. Təklif edəcəyimiz bu vərdişlər gün ərzində yaxşı əhval-ruhiyyənin girovu olacaq və yaxşı, sağlam və xoşbəxt görünməyə kömək edəcək.

Acqarnına bir stəkan su. Mütəxəssislər səhər oyandıqdan sonra bir stəkan su içməyi məsləhət görürlər, çünki bir gecə ərzində dəridən xeyli miqdarda maye buxarlanır. Əgər suya bir dilim limon əlavə etsəniz daha xeyirlidir, çünki limon şirəsi bədəndən zəhərlərin çıxarılmasında qaraciyəri stimullaşdırır.

Səhər yeməyi mütləq yeyin! Məhz səhər yeməyi bizi bütün gün ərzində enerji ilə yükləyir, buna görə ona çox ciddi yanaşmaq lazımdır. Diyetoloqlar günü yulaf yarmasından başlamağı məsləhət görürlər. O, stresə qarşı effektə malik olduğu üçün, onu xüsusilə səbəbsiz, boş yerə əsəbiləşən, sıxıntıya düşən və uzun müddət yata bilməyənlərə məsləhət görürlər. Yulaf yarmasında xeyli miqdarda B qrupunun vitamini olduğu üçün o sakitləşdirici effektə malikdir, çünki bizim əsəb sistemimizin sağlamlığı, təmiz dəri və sıx saçlar üçün məhz bu vitaminlər cavab verirlər. Səhər yeməyinə siz həm də yaşıl çay, alma və ananasdan istifadə edə bilərsiniz, onlar qəhvədən də yaxşı gümrahlıq verir.
  
Yuyunma üçün sərin sudan istifadə edin. Sərin su üz dərisini təravətləndirəcək və qan dövranını yaxşılaşdıracaq.
  
Bioritmlər – bizim hər şeyimizdir! Bizim orqanizmimiz öz şəxsi daxili saatına görə yaşayır və günün müxtəlif vaxtı bu və ya digər prosedurları fərqli qəbul edə bilər. Məsələn, səhər tezdən hətta siz yatarkən dəri artıq öz işinə başlayır; o daxili sekresiyanın vəzilərini aktivləşdirir və ətraf mühitin neqativ amillərindən müdafiə üçün fəal şəkildə hormonları istehsal edir (Səhər saat 08:00 bizim qan dövranımızın fəallığının pik vaxtıdır).
  
Zəngli saatın səsi ilə yuxudan oyanın! Əgər siz 5 dəqiqə artıq yatmaq üçün hər dəfə zəngli saatın vaxtını dəyişirsinizsə, bu zaman unutmayın ki, bu dəqiqələrdə sizin yuxunuz həyəcanlı, keyfiyyətsiz və effektsiz olacaq. Başqa sözlə, bu dəqiqələrdə siz dincəlmirsiniz və sadəcə tənbəllik edirsiniz. Nəticədə yatıb qalırsınız və gününüzü təcavüzdən başlayırsınız. Zəngli saatın birinci zəngi ilə durmaq çox yaxşı vərdişdir ki, onu inkişaf etdirmək lazımdır. Çalışın, saatı həmişə eyni vaxta quraşdırıb, hər gün eyni vaxtda yuxudan oyanasınız.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN