Xoşbəxt Olmağın Qaydaları

0
1588
Xoşbəxt Olmağın Qaydaları

Xoşbəxt olmaq üçün əsas qaydalar nədir? "Psychological Bulletin" jurnalının bu sual üzərindən apardığı araşdırma ilə maraqlı qaydalar üzə çıxıb: 

1. Hər gün 6 saatdan çox yatın – Araşdırmaçılar, gecə 6 saatdan az yatanların özünü yaxşı hiss eləmədiyini deyib. 6 saatdan çox yatanlar isə günə yaxşı əhvalda başlayır. Uşaqlar və gənclər 8 saatdan çox yatmalıdır. 

2. Hədəfləriniz olsun – Böyük ya da kiçik hədəfləri olanlar üzüntüdən, kədərdən daha tez xilas olur. Hədəflərin reallaşmasında rolu, köməyi olan çevrə ilə qurulan münasibətlər də xoşbəxtlik gətirir. 

3. Həyatınızda daha çox mavi olsun – Alimlər müəyyən edib ki, mavi rəng insanın özünə olan güvənini artırır, stresi isə uzaqlaşdırır. Xoşbəxt olmaq və uğur əldə etmək istəyənlər alimlərin bu məsləhətini də nəzərə alsa, yaxşı olar. 

4. Yeniliklərə hazır olun – Yeni hadisələrə hazır və mühafizəkarlıqdan uzaq olan insanlar daha çox xoşbəxt olurmuş. Alimlər qeyd edib ki, yeni şeylər öyrənmək beyni və maraq duyğusunu hərəkətə gətirir. 

5. Səbrli olun – Xoşbəxtliyin  səbrli olmaqdan keçdiyini söyləyən alimlər, gözəl anların dəyərini daha yaxşı bilmək üçün səbrli olmağı tövsiyyə edir. Sonrakı peşmançılıq fayda verməz. Odur ki, səbrli olun… 

6. Başqa insanlara yardım edin – Hədiyyə alanlar, kasıblara yardım edənlər və xeyriyyəçiliklə məşğul olanlar daxilən özlərini daha sakit və hüzurlu hiss edir. Daxili sakitlik isə xoşbəxtlik gətirir. 

7. Yaxşı dostlarınız olsun – Alimlər qeyd edir ki, sosial olmaq xoşbəxtlik gətirir. Sağlam dostluqları olanlar daha xoşbəxt olur. Lazım olan anda sənə yardım edə biləcək dostunun olması gözəldir… 

8. Sevin – Araşdırmaçılar sevginin, məhəbbətin, sevilməyin xoşbəxtliyin əsasını təşkil etdiyini deyir. Həyatı başqası ilə paylaşmaq xoşbəxtlik gətirir.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN