Xoşbəxt Olmaq Səndən Asılıdır

0
5166
Xoşbəxt Olmaq Səndən Asılıdır

Hər kəs xoşbəxt olmaq istər.Amma necə xoşbəxt ola bilərik,bunu bir çoxumuz bilmirik heç. Xoşbəxtlik deyəndə mən heç də müxtəlif şənliklərə getməyi, orada dostlarla zarafatlaşmağı və ya əyləncə parklarında əylənməyi nəzərdə tutmuram. Mən yaşamdan məmnun qalmaqdan, həyatı mənalı və məqsədlərlə yaşamaqdan danışıram. Düşünə bilərsiniz ki, bu adi bir məsələdir, amma bizlərdən çoxu depresiyaya düşür, ya ümidsizliyə düçar olur, ya da içində bir çatışmazlıq hiss edirik. Əgər biz bir az daha çox pula sahib olsaq, yaxud bir az daha yaxşı işimiz və ya yaxşı tərəfdaşımız olsa,o zaman xoşbəxt olduğumuz daha tez görünər. Sanki, xoşbəxtlik hər zaman yaxın bir küncdədir və sadəcə bizi gözləyir. Səhvimiz ondadır ki, biz vəziyyətə düzgün baxış tərzini müəyyən etməkdən və ona nece reaksiya verməkdan daha çox, xoşbəxtliyin vəziyyətdən asılı olduğuna inanırıq. Başqa sözlə,xoşbəxtlik və ya onun əksi olan bədbəxtlik əslində vəziyyət yox, seçimdir. Bu baxımdan, psixoterapevt Koyel Veyd bədbəxt olmağın 3 addımdan ibarət siyahısını tərtib etdi:

1.Mümkün qədər daha çox özünüzə qapanmış olun.İşdə və ya evdə hər vəziyyətin ilk öncə sizin düşüncələriniz, hissləriniz və durumunuzla sıx bağlılığına özünüzü inandırın.Özünüz haqqında danışın. Özünüz haqqında düşünün. Özünüzü ona inandırın ki, hər bir imkandan hər hansısa bir gəlir əldə etmək mümkündür.
 
2.Özünüzü qurban kimi görün. Bütün dünyanın sizə qarşı olduğunu düşünün. Ətrafdakı hər kəsi problem mənbəsi kimi görün. Uğursuzluq və ümidsizliyinizə görə hər kəsi günahlandırın. 
 
3.Həyatda aciz olduğunuza inanın.Vaxtınızın əksəriyyətini narahatlıq içərisində keçirin. Beyninizdə daim ötüb keçmiş neqativ xarakterli fikirləri müzakirə edin. Sizi ağrıdan və əsəbləşdirən şeylər haqqında düşünün. Yadınıza salın ki, keçmişdə sizi necə incidiblər və bu ağrı üçün kim məsuliyyət daşıyır. Bütün bu olanları yenidən yaşanırmış kimi təsəvvür edin.

Yuxarıda sadalananlar məyus və bədbəxt insan olmaq üçündür. Bunlardan hər hansınısa edirsizmi? Əgər belədirsə, o zaman bu sizin həyatdan məmnun olmamağınızın səbəbi ola bilər. Amma yaxşı xəbər də var, bunların əksini edərək daha şən və xoşbəxt ola bilərsiniz.

Özünüzü işdə, ailə- dost münasibətlərində və əlavə maraqlarda cəmləşdirin.  İşinizə köklənin. Daim özünüzə xatırladın ki, nəyə nail olmaq istəyirsiniz. Əgər şəxsi məqsədləriniz, arzularınız yoxdursa, özünüz üçün bir neçəsini müəyyənləşdirin. Hər hansısa yol seçiminin sizin əlinizdə olduğuna inanın. Problemlər və məğlubiyyətlər qaçınılmazdır. Amma siz vəziyyəti nəzarətə aldığınız an çətinliklər sizdən qaçmağa başlayır. Sonra yenidən irəliyə doğru addımlamağa başlayırsınız.

Həyatınızda yaxşı olan şeyləri görün və onlarla öyünün. Əlbəttə, bu bəzən heç də asan olmur. Bədbəxtlikdən əksəriyyətimiz iqtisadi və ya şəxsi problemimizlə əlaqədar  çarpışmaqdayıq. Keçmişi keçmiş kimi qəbul edin. Sizi incidən insanları bağışlayın, bunu onlar üçün deyil, özünüz üçün edin. Bundan sonra hər şey sürətlə dəyişməyə başlayar. Bu ilk və əsas addımdır.

Heç bir şübhə yoxdur ki, həyat yetərincə çətindir, ancaq məsələ budur ki, biz bu çətinliyi ona göstərdiyimiz münasibətlə daha da çətinləşdiririk. Bəlkə də həddindən artıq yoxsulluq və aclıqdan  əlavə olaraq ,xoşbəxtlik və bədbəxtlik bizim ətrafımızdakı dünyaya göstərdiyimiz təsir nəticəsində düşüncəmizin müxtəlif vəziyyətləridir. Onlar günün hər bir anında bizim üçün əlçatan olan seçimlərdir. Bəs siz indi hansını seçməyi düşünürsünüz? 
 
Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN