Bəzi məsləhətlər insanlar üçün hər şeydən dəyərlidir. O məsləhətlər ki, insanları sonsuza qədər hüzur, sakitlik, ürək rahatlığı və xoşbəxtliklə təmin edə bilər. Bütün qadınların bilməyi lazım olan xoşbəxtlik düsturlarını sizə təqdim edirik
1. Heç nəyin sağlamlığınızdan daha əhəmiyyətli olmadığını unutmayın
Pulla satın ala bilməyəcəyiniz tək şeyin sağlamlığınız olduğunu bilin və sağlam oluduğunuza şükür edin.
2. Özünüzü kimsəylə müqayisə etməyin
Məşhur şəxslərin lüks içindəki həyatını izləyərkən onlar qədər rahat bir həyat yaşamadığınız üçün özünüzü üzməyin! Hər kəsin özünə xas çətinlikləri olduğunu unutmayın.
3. Həyatınıza hər girən kişiyə evlənmək zorundaymışsınız kimi davranmayın
Əvvəl onun sizin üçün doğru adam olduğundan əmin olun.
4. Üzr istəməyi gözünüzdə böyütməyin
Səhvin insanlar üçün olduğunu heç bir zaman ağılınızdan çıxarmayın və üzr istəməyin bir böyüklük olduğunu unutmayın.
5. Uşaqlara sual verin
Bəli , üzərinizdəki paltarın yaraşıb yaraşmadığını və ya ağlınızdakı bir sualı bir uşaqdan soruşun. Uşaqların hər zaman doğru söyləyəcək qədər saf və dürüst olduqlarını unutmayın.
6. Yuxunuzun yaxşı olduğundan əmin olun
Gündə 8 saat yuxunun kafi olduğu yalanını unudun və hər kəsin maddələr mübadiləsi , yemə-içmə və həyat keyfiyyəti kimi faktorlardan ötəri fərqli yuxu saatlarına ehtiyac duyduğunu bilin. Yuxusuzluğun sizi aqressivlədirə biləcəyini nəzərə alın.
7. Özünüzə qarşı dürüst olun
Ağlınızdakı fakt və ya adamın haqqında həqiqətləri bəzəyərək onun sevimli olduğuna inanmağa çalışmayın. Gerçəklərdən qaçmanın xəyal qırıqlığına uğramağınıza səbəb olduğunu bilin.
8. Qarşılıqsız hədiyyələşin
Kişi yoldaşınıza aldığınız bir hədiyyənin , eyni dəyərdə bir hədiyyə ilə sizə dönməyi lazım olduğu düşüncəsindən uzaqlaşın. Gözləntilər ilə xoşbəxtliyin tərs mütənasib olduğunu unutmayın.
9. Məşqə vaxt ayırın
"İdmana vaxtım yoxdur. " bəhanəsini uydurmamağa qərar verin. Hərəkət etməyin idman salonlarından ibarət olmadığı şüuruyla bir yerdən başlayın. Gün içində edəcəyiniz 40 dəqiqəlik templi yerişin belə sizi özünüzə gətirəcəyini unutmayın.
10. Bəli ilə xeyr arasında qalmayın
Məsələn, çağırıldığınız bir yerə getmək mövzusunda sırf yaxınlarınızı və ya yoldaşlarınızı qırmamaq adına " bəlkə , bilmirəm" kimi cavablar verməyin.
11. Mədəni davranışın sizə müsbət dönüş etdiyini unutmayın
Xüsusilə sıxlıq mühitlərdə artan sinir əmsalını bu üsulla aşağı endirə bilərsiniz. Siz mədəniləşdikcə qarşınızdakının da yumuşalacağını bilin.
12. Ananızın fikirlərinin çox vaxt doğru olduğunu qəbul edin
Korrektə etdi: Elnarə İzel