Xoşbəxtliyi Özünüzdə Axtarın

0
843
Xoşbəxtliyi Özünüzdə Axtarın

Dalay Lamanın xoşbəxtliklə bağlı dediklərinə diqqət yetirsək onun necə də haqlı olduğunu görərik.

"Həyatımızın gerçək məqsədinin xoşbəxtliyi axtarmaq olduğuna inanıram. Gerçək xoşbəxtliyə çatmaq Qərbdə hər zaman xəstəedici, anlaşılmaz, ələ keçməz bir şey kimi görülmüşdür. Varlığımızın əsas mənası xoşbəxtlikdir, xoşbəxtliyi axtarmaqdır. Xoşbəxtliyi gerçək bir hədəf olaraq görmək ona doğru müsbət addımlar atmamızı təmin edər".

Sahib olduqlarımıza qiymət verməyi öyrənməliyik.

Həyat keyfiyyətimizi pozan aktual problemlərdən çoxunun qaynağı xoşbəxtsizliyimizdir: Yuxu problemləri, yorğunluq şikayətlənmələri, mədə-bağırsaq ağrılarınızın, əzələ və oynaq ağrılarınızın, sinə tıxaclarında və nəfəssiz qalmalarınızın, inciklik, yoldaşınıza, işinizə, dostunuza belə etibarsızlıq duymağınızın, narahatlıq və qorxularınızın arxasında çox vaxt bədbəxtlik problemi yatmaqdadır.

Bədbəxtlik yoluxucudur.

Bədbəxtlik yoluxucu bir xəstəlik kimidir. Xəstəliyin fərdi olmaqdan çıxıb ictimai bir problem halına çevrildiyini düşünənlərin sayı artmaqdadır: Davakar, səs-küyçü, cinayət nisbəti yüksək, köməkləşmə, şəfqət, xoşgörüş nisbəti aşağı bir cəmiyyət halına gəlməmizin səbəbi bədbəxtlikdir. Qısqanclıq, düşmənçilik, kin, nifrət və alçaltmaq kimi mənfi davranışlardan daha çox istifadə etməmizin səbəbi də böyüyən ictimai narahatlıq və bədbəxtlikdir.

Mövzunun sosioloji tərəfi bizim işimiz deyil, amma sağlamlıq tərəfi bir xeyli əhəmiyyətlidir.

Xoşbəxt olmağa hazır bir camaatıq. Asan, itaətli, həyəcanlı, hərəkətli və inandırıcıyıq. Amma, çox təəssüf ki həyatımızdan razı deyilik! Əgər xoşbəxtlik ölçümü edilsə ölkə olaraq çox arxa sıralarda iştirak edə biləcəyik. 20-30 il əvvəlinə nisbətlə rifah səviyyəmiz  və səhiyyə sistemimiz, həyatımız daha yaxşı kimi görünür, amma fərdi və ictimai bədbəxtlikdə ən üst nöqtələrdən birindəyik.

Niyə yayılır?

Bədbəxtliyin dalğa-dalğa yayılmasının bir çox səbəbi var. Baxın Dalay Lama bunun üçün nələr deyir:

"Sakit və sülh dolu bir zehni vəziyyəti qoruya, sağlamlığınız pis ikən də xoşbəxt biri ola bilərsiniz. Varlı biri də olsanız, çoxlu hirs və hiddət anında sahib olduqlarınızın hamısını qırıb atmaq da istəyə bilərsiniz. O anda əlinizdəki zənginliklərin heç bir mənası yoxdur. Çox gözəl bir rifah örtüyünün altında, xəyal qırıqlığına, gərəksiz döyüşlərə, narkotik və spirt asılılığına qədər aparan ciddi ruhi narahatlıq vardır. Varlığın, axtardığınız təmini və sevinci gətirəcəyinin  zəmanəti yoxdur. Çata biləcəyimiz  xəyal qurmaq da əhəmiyyətlidir.

Bədbəxtlik virusunu yayan səbəblərin birincisi və ən əhəmiyyətlisi təminsizlik kimi görünür. Olan ilə razılaşmamaq, olmaq-yetkinləşmək yerinə sahiblənmək prioritet vermək, köhnələrin deyimi ilə "ehtirası ağlının qarşısında getmək" həmişə problem olmuşdur. Daha böyüyünü, yenisini, sürətlisini, güclüsünü, fərqlisini istəmək xoşbəxtliyin önündəki ən böyük maneədir".

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN