Xoşbəxtliyin 5 Sirri

0
3969
Xoşbəxtliyin 5 Sirri

1. Xoşbəxt olmaq üçün açar: zövq almağı bacarmaq (ilk növbədə işinizdən, çünki biz vaxtımızın daha çox hissəsini işdə keçiririk, özümüzü ən çox işə sərf edirik), özünü lazımlı insan kimi hiss etmək və həyatda məqsədi olmaq (burada sizə din və fəlsəfə kömək edə bilər), sosial olmaq (dostlar və ailə), öz həyatını nəzarətdə saxlamaq. Yuxarıda sadalananlar sırasında ən az diqqət yetirilən nüans diqqətin azlığıdır. Köməksizlik hissi, çarəsizlik bütün bir ölkənin əhalisini bürüyə bilər və bu insanın ömrünün uzunluğuna olduqca mənfi təsir göstərir.

2. Fiziki məşğələlər və din çox effektivdir, çünki onlar mütəmadi olaraq bizi balaca xoşbəxtlik porsiyaları ilə təmin edirlər.

3. Gəlirlərin səviyyəsi müəyyən bir həddə çatdıqdan sonra (ABŞ-da 80 min dollar) pul daha insana xoşbəxtlik gətirmir. Əksər insanlara o qədər də böyük miqdarda pul lazım deyil, onlar üçün sadəcə pullarının qonşudan bir az daha çox olması kifayət edir.

4. Qarşınıza ambisiyalı məqsədlər qoyun və həmişə hər hansı bir işlə məşğul olun. Bekarçılıq insanın əhval ruhiyyəsini çox tez korlayır. Xatırlayın, sizin iş günləriniz necə zəngin və al-əlvan olur, istirahət günləri isə sizi necə boşluq hissi bürüyür.

5. Gülümsəyin, hətta sizə çox da şən olmasa və hətta yanınızda heç kəs olmasa belə və tək olsanız da. Əzələləriniz beyinə siqnal ötürəcək və sizə doğrudan da yaxşı olacaq.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN