Xoşbəxtliyin 8 Qızıl Qaydası

0
3935
Xoşbəxtliyin 8 Qızıl Qaydası

 Xoşbəxt olmaq bizim əlimizdədir. Sən istə, günü bu gün xoşbəxt ola bilərsən. Necə? Bunun üçün 8 qızıl qayda var, öncə onlara əməl etməlisən və qaydaların bitdiyi yerdə necə xoşbəxt olduğunu görə biləcəksən.

1. Alimlər aydınlaşdırıb ki, xoşbəxt olmaq üçün hər gün səkkiz dəfə qucaqlaşmaq lazımdı. Məşhur amerikalı psixoterapevt Virciniya Satir iddia edir: 

"Sağ qalmaq üçün gündə 4 dəfə qucaqlaşmaq lazımdır, 8 dəfə - bizim sağlamlığımız və yaxşı əhval ruhiyyə üçün və 12 dəfə - özünəəminliyin artması üçün.

2. İnciklikləri tez unutmağa çalışın, keçmişdən azad olun. Bu indiki zamanda yaşamaq bacarığının əsas şərtidir. İndi yaşamaq bacarığı isə xoşbəxtliyin açarıdır.

Bağışlamağı yalnız ona görə öyrənmək lazımdır ki, inciklik sizi incidəni yox, yalnız sizi bədbəxt edir. Bağışlama hər şeydən əvvəl sizin ürəyinizdə müsbət dəyişikliklərə səbəb olur.

3. Sizi boğan emosiyalardan azad olun.

Xoşbəxt olmaq üçün ilk olaraq toplanmış neqativ emosiyalardan azad olmaq lazımdır. Meşəyə gedin, ya da boks armudunu vurun, qışqırın, içinizdə sizə xoşbəxt olmağa mane olan hər şeyi atın: tənbəlliyi, keçmişin incikliyini, xarakterin keyfiyyətlərini və s. Yığılmış mənfi enerji aydın düşünməyə mane olur, hərəkətlərinizi məhdudlaşdırır. Ondan qurtulmaq lazımdır.

4. Xoşbəxtliyin əsas mənbələrinin arasında sorğulara görə, birinci yerdə dostlar və onlarla ünsiyyət durur.
 
Hər bir xoşbəxt insanda həmişə sirlərlə bölüşməsi mümkün olan, onu dəstəkləyən əsl dost var. Bu ər-arvad, qohumlar, və ya sadəcə tanışlar ola bilər. Dostluq əlaqələrini qoruyun və onlara vaxtı ayırın.

5. İdman.
 
Məşqçilərin fikrincə, əgər bütün insanlar həftədə üç dəfə otuz dəqiqə qaçışla məşğul olsaydılar, onda həkimlərin və psixoterapevtlərin yarısı işlərini itirərdilər. Sadəcə sizə həzz gətirən idman tapın. Əgər qaçışdan xoşunuz gəlmirsə, onda evdə rəqs edə bilərsiniz və ya futbol oynaya bilərsiniz.

6. Bəzən gülməli və ya məzəli görünməkdən qorxmayın.
 
Həyat həmişə ciddi olmalı deyil. Bəzən şitlik etmək də olar. Bu əsas hər şeyi nəzər altında saxlayan adamlara aiddir. Əgər bir dəfə "düzgünlük maskasını" çıxarsanız, həyatınız daha şən və asan olacaq. Xoşbəxt insanlar düşən axmaq vəziyyətlərə yumor hissi ilə yanaşırlar. Axı həyəcanla vəziyyəti dəyişmək olmur (bu barədə əvvəlki buraxılışımıza izləyə bilərsiniz).

7. Taleyi öz əllərinizə götürün və həyatda bütün xoşbəxt və bədbəxt hadisələr üçün məsuliyyəti üzərinizə qəbul edin.
 
İnsanların 60 faizi taleyə inanır, mübarizə aparmağın yerinə işi öz axarına buraxmağa üstünlük verirlər. Əslində nəsə etmək yerinə "taleh" adıyla mübarizə aparmamaq tənbəllikdəndir. Şəxsi məsuliyyətə ən sadə yol - heç vaxt heç kəsi heç nədə günahlandırmamaq, hətta özününzü belə.

8. Özünə və başqa insanlara qarşı diqqətli olmağı öyrənin.
 
Bu elə də asan deyil. Məsələn, sevdiyiniz insanların ən sevimli içkisini bilirsinizmi? Onlar çay yoxsa kofe içirlər? Südlə və ya südsüz? Nə qədər qənd əlavə edirlər? Və s. Əgər siz belə şeyləri dəqiq bilirsinizsə, deməli siz diqqətli, həssas insansınız. Bu keyfiyyətlər adətən başqa müsbət xüsusiyyətlərlə müşayiət olunur: şəfqət və kömək etmək arzusu ilə. Onların həyatda reallaşdırılması müsbət emosiyalar gətirir. Buna görə də növbəti dəfə "xoşbəxt olmaq istəyirəm" düşünəndə sizə yaxın olan insana baxın və onun xoşbəxt olmaq üçün nə istədiyini yada salın.
 
Yadınızdan çıxarmayın - xoşbəxtlik bizim əlimizdədir.
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN