Yetər Ki, Xoşbəxt Olmağı Istə

0
3894
Yetər Ki, Xoşbəxt Olmağı Istə

Xoşbəxtliyə sahib olmaq elə də çətin deyil. Psixoloqlar deyir ki, sən xoşbəxt olmağı istə, gerisini boş ver. Sənin əlindədir, bir neçə addımda xoşbəxtliyinə qovuşa bilərsən.

1. Başqalarının fikri

Nə fərqi var ki, başqaları nə düşünür? Əgər sən özün qəbul etdiyin qərardan razısansa, bunun səndən başqa heç kimə aidiyyatı olmamalıdır. Bir düşün, əgər sən başqalarının sənin necə yaşamağını həll etmələrinə icazə verməsəydin, indi nələri əldə etmiş olardın. Özün ol və özün üçün nəyin daha xeyirli olduğunu düşünürsənsə onu et.

2. Hirs və qəzəb

Hirs səni içindən yeyəcək. Həyatda səni incidən, sənə pislik edən insanlarla yaşamağı öyrənməlisən. Və burada əsas vacib olan  məsələ sənin o insanı bağışlamağın deyil. Əsas - içində aşıb daşan ağrını yüngülləşdirməkdir. Unutma: səni hirsləndirib, əsəbləşdirən insan səni idarə edir. "Əgər inciklikləri unutmağı öyrənsən, həyat asan olacaq"

3. Öz vücudunu qəbul etməmək

Səni xarici görünüşün haqqında yalnız bir insanın fikri narahat etməlidir - özünün. "Düzgün" tipli bədən quruluşu yoxdur. Ən əsası odur ki, sənə öz vücudunda rahat olsun və sən sağlam olasan. Başqalarına icazə vermə sənə gözəl olmadığını desinlər. Çünki əgər sən özünü yetəri qədər gözəl hiss edirsənsə, deməli bu elə belədir.

4. İdeal ömür yoldaşı tapmaq istəyi

Belə biri mövcüd deyil, ona görə də heç axtarmağa belə cəhd etməyin. İrəliyə doğru istiqamət alın, çünki beynimizdə qurduğumuz ideal həyat yoldaşı obrazı bizə irəliləməyə mane olur. Bütün ürəyinlə sevə biləcəyin, özünü rahat hiss edə biləcəyin və səni olduğun kimi qəbul edən, özünə uyğun birini seç. Nə qədər tez bir zamanda "ideal" insanın olmadığını dərk etsən, yaşamaq da bir o qədər asan və rahat olacaq. "O ideal deyil. Elə sən də həmçinin. Siz ikiniz də heç vaxt ideal olmayacaqsınız. Amma əgər o heç olmasa bir dəfə səni güldürə bildisə, səni heç olmasa iki dəfə düşündürə bildisə, əgər ona insanlıq yad deyilsə və o səhvləri bağışlamağı bacarırsa, onu heç zaman buraxma və həmişə qeydinə qal. Qoy o heç sənə şeir oxumasın, səni hər saniyə düşünməsin, amma sənə özünün bir parçası kimi inansın. Onu incitmə, ona xəyanət etməyə cəhd etmə və ondan mümkünsüz şeylər etməyini gözləmə. Analiz etmə. Əgər onun yanında sənə xoşdursa gülümsə, əgər səni qəzəbləndirdisə qışqır və yanında olmayanda onun üçün darıx. Bütün ürəyinlə sev. İdeal insan mövcud deyil, amma hər zaman sənin üçün ideal olan bir insan olacaq." Bob Marli

5. İdeal həyat

Necə ki, ideal həyat yoldaşı olmur, eləcə də çox ideal həyat olmur. Hər insan öz xoşbəxtliyinin dəmirçisidir. Ona görə də əgər sən bütün gücünlə əmək sərf etməyə hazır deyilsənsə, böyük ehtimalla xoşbəxtlik yan keçəcək. Sənin tərəfindən olunan seçimlər, birbaşa sənin həyatında əks olunur. Ətrafında yaxşı dünya qurmaq yalnızca sənin özündən asılıdır.

6. İmkanlı olmaq

Çox insanlar bir gün milyoner olmaq fikri ilə yaşayırlar. Hətta bəzi insanlar üçün bu həyatın məqsədidir. Və əlbəttə ki, o istəyə çatmaq üçün çox, olduqca çox çalışmalısan. O qədər pul haqqında düşünməyi burax, ürəyincə olan bir işi seç və bütün ürəyini ona ver.

7. Uğurun özünün sənin qapını döyəcəyini düşünmək

Heç vaxt, heç nə özü özünə göydən yağmayacaq. Nəyisə əldə etmək üçün ona nail olmalısan. Əlində olanlara şükr et və həyatının hər anının qədrini bil. Ömrünün sonuncu günü imiş kimi yaşa və baş verən hər hadisədən xeyirli bir təcrübə qazanmağa çalış.

8. Bəhanə

Bəhanə axtarma. İdman zalına getmək istəyirsən, amma vaxtın yoxdur? Onda tezdən dur. Sən bəhanə tapdıqca, eləmək istədiyin və ya eləməli olduğun şeyləri etmədiyin üçün yaranan günah hissindən canını qurtarmaq istəyirsən. Nəticə əldə etmək istəyirsən? O zaman şikayətlənməyi burax və işlə məşğul ol.

9. Keçmiş münasibətin haqqında fikirlər

Təbii ki, siz elə belə ayrılmamısınız. Əgər keçmişin haqqında düşünmək istəyirsənsə, buna ancaq həyat təcrübəsi kimi bax. Artıq olmayan hisslərdə ilişib qalma, çünki onlar sənin başqa biri ilə xoşbəxt olmağına mane olur.

10. İnadkarlıq

Mən bilirəm, təbii ki özünün doğru olmadığını qəbul etmək çətindir. Amma digər insanların da doğru ola bilmə şansı sənin qədərdir, ona görə də inadkar olmağı burax və bununla barış. Nə qədər az inadkarlıq göstərsən, yeni biliklərə o qədər çox açıq olarsan. Təsəvvür et, özündən başqa heç kəslə razı olmasan, necə olarsan, nə qazanarsan, nə itirərsən?

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN