Bu qaydalara mütləq əməl edin!

0
5087
Bu qaydalara mütləq əməl edin!

 Həyatın önəmli olan bəzi qanunları var. Hansı ki, onları pozmaq və ya təxirə salmaq sizin əleyhinizə işləyə bilər. 


1) Əgər kiməsə yenidən zəng edəcəyinizi söz vermisinizsə - zəng edin.

2) Gecikirsiniz? Hər hansı bir üsul tapıb həmin şəxsi xəbərdar edin. 

3) Başqalarının arzularına gülməyin.

4) Sizi satan insanlara geri dönməyin. 

5) Valideynlərlə çox vaxt keçirin - onlar gözlənilmədən həyatda olmaya da bilərlər. 

6) Nəzakətlik, ədəblik, mərifətlik özünə rəğbət oyadır. Bundan çox istifadə edin.

7) Öz səhvlərinizi etiraf etməyi bacarın.

8) Daima şikayətçi olmağı tərgidin.

9) Hətta ən ciddi davalarda insanın yaralı yerindən dəyməyin. Siz barışa bilərsiniz, lakin söz uzun müddət unudulmaz ola bilər..

10) Doğru danışın və o zaman nələrisə yadda saxlamağa məcbur olmayacaqsınız.

11) Günün başlanğıcında ən çətin və sizə xoş olmayan işlərinizi çalışın edin. Siz bunu bitirdikdən sonra - günün qalan hissəsində bu lazımsız fikirlərdən uzaqlaşacaqsınız.

12) Heç bir kəs heç kəsə borclu deyildir. "Borcludur" sözünü unudun. Aktiv lüğətinizdən bu sözü silin. Yoxsa həqiqətən də borclarda dolaşıb qalacaqsınız, tək maddi cəhətdən yox, mənəvi olaraq da.

ŞƏRH YAZIN