Nə şiş yansın, nə kabab!

0
2783
Nə şiş yansın, nə kabab!

 Çox insan yox deməkdən qorxar ya da ümumiyyətlə, bacarmaz. Qarşı tərəfi incitməkdən çəkinər, kiminsə könlünü qırmaqdan qorxar və ona görə də hər zaman "hə" cavabını verər. Bəs necə etmək olar ki, “nə şiş yansın, nə kabab”


Mədəni şəkildə imtina etmək qabiliyyəti – uğurlu, karyerada zirvələri fəth etmiş insanın xarakterik cəhətidir. Amma hətta ən təcrübəli şəxsiyyətlər də “yox”deməzdən öncə, əksər hallarda daxili mübarizə yaşayır, axı “yox demək –xətrinə dəyməkdir” ilə bağlı yanlış stereotip hələ də yaşayır. 

Hər şeydən öncə əmin olun ki, düz edirsiniz. 100% əmin olun ki, imtina etmək mütləq vacibdir. Həm özünüzlə, həm də həmsöhbətinizlə vicdanlı olun- heç bir “mən fikirləşərəm”,“əgər vaxtım olsa edərəm, amma indi yox” kimi bəhanələr gətirmək olmaz. Bu sürüşkən ifadələr insana yalançı ümid verir, buna isə gərək yoxdur, axı siz həm öz vaxtınızı, həm də digərinin vaxtını sərf edirsiniz. Əgər qərar verilibsə, onda sizin “yox” kəlməniz çox qəti səslənməlidir.

Səlis şəkildə öz imtinanızın səbəblərini izah edin. Bir, lakin tutarlı səbəb kifayət edir. Belə olduqda, həmsöhbətiniz başa düşür ki, siz ona hörmət edirsiniz və onun sizinlə mübahisə etmək və ya öz xahişi üzərində israr etmək istəyi olmayacaq.

Əgər söhbətin çətin olacağını düşünürsünüzsə, ona hazırlaşmaq olar, söhbətin ssenarisini, deyiləcək sözləri və arqumentləri, səs tonunu, əks arqumentlərə cavabları bir kağız üzərində yaza bilərsiniz. Maksimal dərəcədə sakit və xoş məramlı, mülayim olun.

İnsanın özündən deyil, onun xahişindən imtina edin. Həmsöhbətin şəxsiyyətinə və peşəkar kimi keyfiyyətlərinə söhbət əsnasında toxunmaq lazım deyil, bu zaman o sizin imtinanızın şəxsi səbəblər üzündə olması fikrinə düşməyəcək. “Yəni bunu başqası xahiş etsəydi edərdiniz”- kimi təəssürat yaratmayın.

Ən yaxşı gediş –başqa bir məntiqi alternativ təklif etməkdir. Əgər bir az yaxşı fikirləşsək, demək olar ki, istənilən bir problemi başqa üsulla da həll etmək mümkündür. Bu sizin müsbət cavabınız olmasa da həll edilə bilir.

Sizdən yüksək rəhbərliyin qərarına istinad edin. Orta həlqədən olan menecerlər üçün bu işə yarayacaq. Onlar daima rəhbərliyin enli kürəkləri arxasında “gizlənməyə” yer tapa bilir. Ona görə opponentinizə bildirsəniz ki, “yox” deyən siz yox, sizdən daha yuxarıda dayanan bir adamdır, onda müzakirə ediləsi heç nə qalmayacaq, axı siz rəhbərliyin qərarına heç cür təsir edə bilməzsiniz. 

Yalan danışmayın. Etməyəcəyiniz bir şeyə söz verməyə dəyməz. Heç kəsin yanında nə yalançı çıxmağa, nə də yalandan vəd verməyə dəyməz. Yalan çıxış yolu deyil, hətta “vəziyyətdən çıxmaq naminə deyilmiş” yalan gec tez öz zərərini yetirəcək. Bu sizin haqqınızda xoş fikirlərə xələl gətirəcək, bu isə şübhəsiz ki, sizin gələcək karyeranızda sizə heç də kömək olmayacaq, axı necə deyirlər, dünya çox balacadır.

Psixoloqa müraciət edin. Nəcib şəkildə imtina etmək bacarığı – digər nüanslar ilə yanaşı həm də bir vərdişdir. Amma, əgər siz hər şeyi düz edir, amma yenə də sizi daxildən incidən günah və narahatlıq hissindən qurtula bilmirsinizsə, onda peşəkarlara müraciət edin, onların zamanın sınağından keçmiş, çox saylı metodları vardır. Məncə bu öz rahatlığını, həm də eyni zamanda rəhbər mövqeyini qorumağın yeganə normal və sağlam üsuludur.

ŞƏRH YAZIN