Psixosomatika.

0
3342
Psixosomatika.

İnsanların əksəriyyəti gündəlik yaşamlarından aldıqları stress və günlük gərginlik nəticəsində yaranan narahatçılıq və ağırlıq hissinin səbəbini çox zaman bilmirlər. Hal hazırda karyerist insanlar daha çoxdurlar bu bir tərəfdən çox yaxşıdır cəmiyyətimizdə faydalı insanların sayı çoxalır, digər tərəfdən isə gərgin iş rejimi nəticəsində insanlarda bir sıra ağrılar və narahatcılıqlar müşahidə olunur. Ilk olaraq isə dayanmadan istirahətə zaman ayırmadan çalışan insanlarda xroniki yorğunluq sindromu yaranmağa başlayır. Əksər hallarda biz müşahidə etsək xüsusən nevropatoloqun qəbulunda çox sayda insan olduğunu müşahidə edərik. Onların şikayyətləri baş ağrıarı , sinir gərginlikləri, abdominal(qarın boşluğunda) güclü ağrılar, tez tez əllərdə tərləmələr, tənginəfəslik ve s kimi ağrıların yaranmasından şikayyət edirlər. Həkim isə gərəkən müayinə metodlarını məsləhət görür.Dəqiq müalicə üçün instrumental müayinələr nəticəsində xəstədə hər şeyin yaxşı olduğunu söylədiyində, xəstədə belə bir ilkin reaksiya yaranir ki bu həkim məni düzgün yönləndirmədi, müalicəni seçə bilmir, ən bəsiti isə məni anlamır deyə qərar verəcək. Həkim səndə baş verən narahatçılıqlar psixosomatik narahatçılıqlardır dediyində, və yaxsı olar ki, bir psixoloqun, psixoterapevtin qəbulunda olasan dediyində passientdə həkimə qarşı inamsızlıq yaranır, necə yəni məni narahat edən baş ağrıları mənə əziyyət verən ağrılardan yaxa qurtarmaq üçün sizə müraciət edirəm sizdə tam sağlamsınız deyərək məni psixoloqa yönləndirirsiniz deyərək əsəbi gərgin şəkildə həkimin qəbulundan cıxır. İllərcə ətrafındakı dost tanıslarının dediklərini dinləyərək onların əsassız diaqnozlarına inanaraq səndə başında xəstəlik var başqa həkimə get sən düzgün həkim secməmisən, yada sənə yaxın qohumumun istifadə etdiyi dərmanları deyərəm səndə qəbul edib yaxşı olarsan kimi sözlərə daha çox əhəmiyyət verib zamanlarını boşa, səhhətlərini isə təhlükəyə atırlar. Psixoloqa ən sonda müraciət etdiyində isə, geniş konsultatsiya sonrası pasientə psixoloji stress gərginlik əsasında baş verdiyini izah edir.

Psixosomatika psixoloji stress ve  travmalarin orqanizmə təsiri nəticəsində yaranan somatik şikayyətlərin əlamətləridir. Bes bele bir sual meydana cıxacaq necə ayird edə bilərik ki bu şikayyətlərimiz psixosomatik və ya sırf somatik şikayyətlərdir.

İlk olaraq siz həkimə müraciət edəcəksiniz . Həkim isə sizi bir sira müayyinələrdən keçmənizi məsləhət görəcək müayyinələr sonunda sizdə orqanik bir problem olmadığını təyin etdikdən sonra bu sizdə psixoloji bir səbəbdən yarandığını  özunüz təyin edə bilərsiniz . Nevroloji baş ağrıları yalnız bir istiqamətdə olub başın bir tərəfində gicgah , ənse və ya alin nahiyyəsində ağrılarla müşahidə edilirsə , psixoloji travma sonrası yaranan baş ağrıları isə başın hər tərəfinə irradiyasiya( yayilaraq ) müşahidə olunur. Migrendə başın  bir tərəfində döyüntü şəkilli ağrılar müşahidə olunur, psixosomatik baş ağrısında isə başda ümumi ağrilar müşahidə edilir. Bu təkcə baş ağrısı ilə özünü biruzə vermir eyni zamanda abdominal(qarın boşluğu) nahiyyəsindədə sancı şəkilli ağrılarlada özünü göstərir. Bəzən passientlər defikasiya aktından sonra ağrıların azalmasını bildirirlər bu stressə bağlı bir narahatçılıqlardır. Yaxşı olar ki hər birimizə dəyərli olan sağlamlığımızın qeydinə xəstələnmədən öncə qalaq. Günlük rejimimizi düzgün təyin edək. Ən əsası ise bir narahatcılığımız olduğunda dostların el arasında işlətdiyi havadandır keçər, dərman  deyim qəbul et deyə bu kimi sözlərindən uzaq olun. Vaxtında mütəxəsisə müraciət edin ki, sonra zamanınızı uzadılmış və gec qalmış müalicə müddətinə sərf etməyəsiniz.


Fərəh Quliyeva 

ŞƏRH YAZIN