Az Işləyin, Çox Qazanın!

0
5527
Az Işləyin, Çox Qazanın!

1. Köməkçi götürün. Öz işlərinizin müəyyən qismini köməkçiyə ötürün. İndi sizin ağlınıza belə bir fikir gəldi: "Bəs o köməkçini hardan tapaq, onsuz da pul heç nəyə çatmır, indi hələ kiməsə maaş da vermək lazımdır?" Dünya dəyişir, indi adi mexaniki işləri sizin əvəzinə görəcək insanı hətta pulsuz da işə götürmək olar. Təcrübə üçün öyrənənləri sınayın.
2. Vaxt gəmiricirilərindən dərhal qurtulun:
Sosial şəbəkələrdə mənasız ünsiyyət

Heç nə almayan və ya sifariş etməyən müştərilər ilə yazışmaq
Elektron poçtu gündə 20 dəfə deyil, 2 dəfə yoxlayın
Bütün proqramlardakı çatı söndürün
Bütün bunlar təkcə sizin vaxtınızı deyil, həm də gücünüzü tükədir.
3. Bəzi məsələlərdə zəif olduğunuzu özünüzə və ətrafdakılara etiraf edin.
Əgər siz hansısa işi görməyi heç sevmirsinizsə və ya bacarmırsınızsa, onda həmin işi onun öhdəsindən daha yaxşı gələ biləcək adama ötürün. Belə işlər həddindən çox emosional güc alır və sizin inkişafı əngəlləyir. Diqqətinizi ən yaxşı görə bildiyiniz işlər üzərində cəmləyin.
4. Öz xidmət və məshullarınızın qiymətini artırın.
Hər gün daha mükəmməl, daha unikal olmağa vaxt ayırın. Əgər siz məhsul satırsınızsa, xidməti yaxşılaşdırın və qiymətləri yüksəldin. Bəzən bu addım – daha çox qazanc əldə etməyin ən asan yoludur.
Bəlkə, sizin müdirinizin özünün də çoxdandır vicdanı ağrıyır və o özü də sizin əməkhaqqını yüksəltməyin əleyhinə deyil, sadəcə heç cürə əli gəlmir. Sizin xahişiniz isə bu prosesi sürətləndirə bilər. Bir cümlə “Mən əməkhaqqımın artırılmasını istəyirəm” sizin gəlirlərinizi artıra bilər.
5. Bir iş gününü ləğv edin.
Əgər siz həftədə 6 gün işləyirsinizsə, bir iş günün çıxın və həftədə 5 gün çalışın. Əgər 5 günlük iş rejimində çalışırsınızsa, onda bir günü aradan qaldırın və 4 gün işləyin.
Bu çox əla bir fənddir. Bunu edin və vaxtınızı necə boş işlərə sərf etdiyinizi görəcəksiniz. Onda özünüzü daha mobil və çevik olmağa sövq edəcək, həqiqətən, zəruri olan işləri görməyi öyrənəcəksiniz.
6. Gündə 5 dəqiqə planlaşdırmaya vaxt ayırın.
Düzdür, o haqda o qədər kitablar yazılıb ki, onlar ilə bir deyil, bir neçə yük maşınını doldurmaq olar. Amma yenə də əksər insanlar planlamaya məhəl qoymur. Axşamdan öncəki günü planlaşdırın. Gündəlik olaraq planlama üçün vaxt ayırın və bu investisya mütləq öz bəhrəsini, dividendlərini verəcək.
7. Həmişə öz inkişafınız ilə məşğul olun.
Treninq və seminarlara qatılın, özünü inkişaf üçün kitablar oxuyun, xarici dil öyrənin. Sizə düzgün istiqamət verəcək və sizi tükənməkdən qoruyacaq treynerlər tapın. 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN