Bizi idarə edən beynimizdir. Bütün gün boyu, hətta yatdığımız zaman belə beynimizin bir hissəsi aktiv olur. Bu səbəbdən də onun yorulması başadüşüləndir. Bəs beyin fəaliyyətinin güclənməsi üçün nə etməliyik? Bir nəzər yetirək:
1.Araşdırmalar göstərir ki, açıq havada gəzmək, xüsusilə də qaçmaq, idmanla məşğul olmaq birbaşa beynin fəaliyyətini artırır. Həmçinin ayaqüstə hərəkətlə oturaq vəziyyət arasında müqayisə ilə beynin aktivliyi 10 dəfə və daha çox artır.
Buna görə də insanlar çətin qərarların qəbulu zamanı qapalı məkanda olduğu ərazidə dövrə vurur. Bundan başqa gəzərkən əllərin hərəkətinə də xüsusi əhəmiyyət vermək lazımdır. Çünki, bu zaman beynin pərformansı güclənir.
I qayda: açıq havada olmaq, gəzmək, idmanla məşğul olmaqdır.
2. Xarici dillərdə sözlər öyrənmək, oxumaq, əzbərləmək beynin aktivləşməsinə səbəb olan faktorlardan biridir. Bundan başqa telefon nömrələri əzbərləmək, öz dilində tanış olmayan sözləri öyrənmək, tez-tez edəcəyimiz bazarlıq siyahısını yada salmaq və s. də beynin fəaliyyətini gücləndirir.
II qayda: yeni sözlər öyrənmək və bildiklərimizi yada salmaqdır.
3. Beynin fəaliyyətini artıran şahmat kimi oyunlarla məşğul olmaq lazımdır. Tapmaca tapmaq, krasvord həll etmək də beyni gücləndirən amillərdəndir. Həmçinin yoqa, meditasiya ilə də məşğul olmaq məsləhətdir.
III qayda: düşündürücü oyunlarla məşğul olmaqdır.
4.Çox bəyənərək dinlədiyiniz musiqilərə hərdən gözü bağlı qulaq asın. Çünki, musiqinin beynin fəaliyyətinə təsiri xüsusilə də klassik musiqinin təsiri böyükdür. Musiqi ilə yanaşı,ədəbiyyat, şeir və maraqlı əsərlər də oxuyaraq beyninizə təsir edə bilərsiz.
IV qayda: beyni musiqi ilə, ədəbiyyatla "qidalandırın".
5.Əsas faktorlardan biri isə yediyiniz qidalara xüsusilə diqqət edin. Çünki, qidalanma rejiminiz beynin fəaliyyətini ya azalda,ya da artıra bilər.Buna görə də vitaminlərlə zəngin qidalara, o cümlədən meyvə və yaşıl tərəvəzlərlə qidalanmağa üstünlük verin.
V qayda: bol vitaminli qidalardan istifadə etməkdir.
Qeyd edim ki, səhər oyananda və gecə yuxuya getməzdən əvvəl müsbət fikirləri beyninizə həkk etsəniz,daha yaxşı olar. Çünki gün boyunca insan beynində 60 minlə 80 min arasında sözlər keçir və bu düşüncələr pozitiv ya negativ şəkildə həyatımıza birbaşa təsir edir. Buna görə də həyatımızda negativ və ya pozitiv hadisələrin olması birbaşa beynimizlə əlaqəli şəkildə təzahür edir. Qısacası düşüncələrimiz həyatımızı şəkilləndirir. Çalışaq maksimum dərəcədə pozitiv düşünək.
Korrektor:Əhmədova Sevinc