Bunları 40 Yaşa Kimi Etməliyik

0
1312
Bunları 40 Yaşa Kimi Etməliyik

Zaman sanki tələsir. Necə gəlir, necə gedir heç bəzən hiss edə bilmirik. Buna görə də zamanımızı layiqincə dəyərləndirməliyik. 40 yaşına çatmadan etməmiz gərəkən çox iş var. 40 yaşa çatmağımıza çox qala bilər, amma çatanda keçmişi gülümsəyərək yada salmaq istəyiriksə, sadalananları etməyimiz məsləhətdir:

Tək tətilə çıx
Tək tətilə çıxmaq sizə çox darıxdırıcı gələ bilər. Bir anlıq bu fikirdən uzaqlaşın, ölkə xaricində və ya ölkə daxilində bir yer seçin və həmin yerə tək gedərək özünüzü kəşf etməyə hazrlaşın.
 
Təzə xarici dil öyrənin
Həmişə öyrənmək istədiyiniz bir dili öyrənmək üçün cəhd göstərin. Heç nə üçün hələ gec deyil. Təzə bir dil həmişə sizin köməyinizə çatacaq.
 
Rəqs edin
Həyatınızı yaşayın, hər zaman rəqs edin. Rəqs kursuna yazılın və ya evdə hər səhər rəqs edin. Enerjili olacağınıza zəmanət verilir.

Könüllü ol
Sevdiyin bir işdə könüllü olaraq işlə. Bu vaxt həm çox şey öyrənəcək, həm də nəyəsə kömək etdiyiniz üçün çox xoşbəxt olacaqsınız.

Bədəninin istədiyini et
Çox istədiyiniz, amma cəsarət etmədiyiniz tatuaj, pirsinq etdirin və ya saçınızın rəngini dəyişin. İndi etdirməsəniz, sonra çox gec olacaq. Bədəninizə sahib olun və nə istəyirsiniz, onu da edin. Kiçik bir tatuaj etdirə, hətta qulağınızı deşdirə bilərsiniz. Sadəcə, həmişə istədiyiniz, amma cəsarət etmədiyiniz şeyləri etməyə cəsarət tapıb edin.

Xəsislik etmə
Gələcəyinizi təbii ki düşünməlisiniz, amma bunu böyütməyərək bu günü də yaşamalısınız. Bahalıdır deyə getmədiyiniz konsertlər, yığıncaqlar və ya çox sevdiyiniz ayaqqabı bir dəfə qarşınıza çıxa bilər. Sizi xoşbəxt edəcək şeyləri sabaha saxlamayın və pulunuza xəsislik etməyin. Həyatınızı paylaşın.

Evlənmək  ailə qurmaq
Evlənmək məcburi deyil, amma həyatı tək yaşamaq olmur. Sevə biləcəyiniz və sizi xoşbəxt edə biləcək bir insan tapın və həyatınızı onunla paylaşın.

Fərqli şeylər axtarın
"Heç vaxt etmərəm" deməyi yaddan çıxarın və hər şeyi təcrübədən keçirin. Kiçik ev düzəldin, gecə dənizdə çimin və ya futbola baxmağa gedin. Maraqlı olmadığını düşündüyünüz şeylər sizi təəccübləndirə bilər. Həm də illərlə yadınıza salıb güləcəyiniz hadisələr də olacaq.

Yığıncaq təşkil edin
Bütün dostlarınızı çağırın və bir yığıncaq təşkil edin. Çətin və qarışıq görünə bilər, amma düzüb-qoşarkən sizin üçün həm təcrübə olacaq, həm də yığıncaqda özünüzü yaxşı hiss edəcəksiniz. Həmdə bütün dostlarınızla bir yerdə əyləndiyiniz yığıncaqdan daha gözəl nə ola bilər?

40 yaşındakı özünə məktub yaz
Daha 40 yaşınıza çox qala bilər, ancaq o vaxtın necə keçdiyini bilməyəcəksiniz. İndi nə hiss etdiyinizi, 40 yaşında necə bir həyat yaşamaq istədiyinizi bir məktuba yazın və gizlədin. 40 yaşında o məktubu oxuyanda indiki yaşınızı və necə həyatınız olduğunuzu yadınıza salıb gülümsəyəcəksiniz.
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN