Dahilərin Səhvlər Haqqında Dedikləri

0
4827
Dahilərin Səhvlər Haqqında Dedikləri

Bilmədən edilən səhv yanlışlıq, qəsdən edilən səhv isə cinayətdir. 
(Alman yazıçısı: Bertold Brext)
 
Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız olmalıyıq. 
(Fransız şairi: Sabine Tastu)
 
Bəzi adamlar heç vaxt səhvə yol vermirlər, çünki heç nə etmək istəmirlər. 
(Alman şairi: İohann Volfanq Höte)
 
Əgər səhv etməsəydim, çox az iş görə bilərdim. 
(Fransız filosofu: Qabriel Onore Marsel)
 
Başqalarının etdiyi xətalara görə qəzəbləndikdə onları yox, özümüzü cəzalandırmış oluruq. 
(Alman filosofu: İmmanuel Kant)
 
Səhv etmək eyib deyil, eyib o səhvi təkrarlamaqdır. 
(Naməlum)
 
Qəbul edilən bir xəta qazanılmış bir zəfərdir. 
(Naməlum)
 
Ən böyük xəta xətaların fərqinə varmamaqdır. 
(Şotland yazıçısı: Tomas Karleyl )
 
Xəta etmək bir şey deyil, onu unutmaq pisdir. 
(Qədim Çin mütəfəkkiri: Konfutsi)
 
Səhvi düzəltməmək ən böyük səhvdir. 
(Konfutsi)
 
Əvvəlcə həqiqəti bilmək lazımdır, həqiqət bilinərsə, səhv də bilinər. Ancaq əvvəlcə səhv bilinərsə, həqiqətə çatmaq olmaz. (Qazaxıstan filosofu: Əbu Nəsr Muhəmməd əl-Fərabi)
 
Ən böyük səhv özünün heç vaxt səhv etmədiyini düşünməkdir. 
(Tomas Karleyl)
 
Çalış bu dünyada səhv eyləmə sən,
Çox bizim kimilər yanmış səhvindən. 
(Nizami Gəncəvi)
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN