Danışıqlardan Qalib Ayrılın!

0
710
Danışıqlardan Qalib Ayrılın!

Ən qəliz danışıqlardan necə qalib ayrıla bilərsiniz? Bunun üçün nələri gözə alar, nələrdən imtina edərsiniz? Məsələn, Yeni Meksikanın keçmiş qubenatoru və BMT-nin ABŞ üzrə keçmiş səfiri hesab olunan Riçardson diktatorlar, quldurlar və sülhməramlı dövlətlərlə yüksək dərəcəli diplomatik danışıqlar aparıb. O, həyata keçirdiyi düzgün strategiya nəticəsində ən çətin danışıqları belə uğurlu nəticələrlə tamamlayıb. Uzun illər ərzində apardığı danışıqlar zamanı uğurlu nəticələrlə yanaşı, bəzi uğursuzluqlarla da qaşılaşmalı olub. Həmin uğursuzluqlar sırasına Şimali Koreya liderlərinin iki nəsli - Fidel Kastro və Səddam Hüseynlə aparılan danışıqlar daxildir.
Uzun illər boyunca Riçardson tərəfindən yüksək səviyyəli danışıqların həyata keçirilməsi məqsədilə istifadə olunan strategiyalar istənilən  "danışıqlar masası"nda tətbiq olunmalıdır.
Əgər bu sizin son seçiminizdirsə, risk edin: Mən bir dəfə səhv etdim və Kubada Alan Qross adlı bir amerikanlının azadlığa qovuşması üçün etdiyim cəhdlərim boşa çıxdı. Bu məsələni təmkinlə həll edib yenidən sınamaq əvəzinə mən mətbuata üz tutdum və bütün ictimaiyyətin qarşısında kubalıları günahlandırdım. Bu addım böyük səhv idi və nəticədə mən girovu azadlığa çıxara bilmədim. Zənnimcə, insan hətta ən çətin vəziyyətlərdə də öz xarakterini qoruyub saxlamağı bacarmalıdır. Əgər heç bir variant köməyə çatmırsa, bu zaman atacağınız yeganə addım risk etmək və razılıq əldə olunmadığı təqdirdə hörmətcil tərzdə getməli olduğunuzu dərk etməkdir. Bu addımı heç bir çıxış yolunuz qalmadığı zaman atmağınız məsləhətdir.
Rəqibiniz haqqında ətraflı şəkildə tədqiqat aparın: Rəqibiniz barədə bütün məlumatlara sahib olun. Müdafiə etdikləri mövqedən, danışıqlar apardıqları ən son insandan, hətta düşüncələrindən xəbərdar olun. Mədəniyyət və şəxsiyyət haqqında biliklərə yiyələnin. Rəqibinizin güclü olduğunu yaxud bu danışıqları sırf öz zəifliyini pərdələmək üçün apardığını anlayacaq qədər diqqətli olun. Hər zaman məqsədinizə istiqamətlənin və bu məqsədlə hansı zirvəyə yüksəlmək istədiyinizi unutmayın.
Mənəviyyatınızı itirməyin: Heç vaxt, heç bir şəraitdə rəqibinizə həqarət etməyin. Demək istədiyim odur ki, bir işi görərkən tələsməyin. Özünüzü lovğa və ağıllı biri kimi qələmə verməyin. Bu davranış sizə uğur qazandırmayacaq.
Böyük imtiyazlarınızdan imtina edin: Əgər rəqibiniz sizinlə öz ərazisində danışıqlar aparmaq istəyirsə, bu təklifi qəbul edin. Rəqibiniz güzəştə getmək qərarına gəldikdə siz onun daha rahat olmasını istəyirsiniz. Bu fikirdən uzaq durun. Bununla siz nə mənəviyyatınızı, nə mövqeyinizi itirməzsiniz. Əksinə qarşı tərəf özünü daha rahat hiss edə bilər.

 

 

Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN