Dərdlərinizi Yüngülləşdirəcək 6 Güclü İnam

0
4491
Dərdlərinizi Yüngülləşdirəcək 6 Güclü İnam

Bəzən insanın həyatında elə bir anlar olur ki,hər şey üst-üstə gəlir.Bütün dərdlərin yığılır.Və sən o an nə edəcəyini bilmirsən.Çarəsiz olduğunu düşünürsən.Ancaq heç də elə deyil.Aşağıdakı tövsiyyələrimizi oxuduqdan inanırıq ki həyatınızda  çox şey dəyişəcək.

1.Hekayəni birinə, ya da Allaha danış. Bu çəkdiyin ağrını və iztirabı yüngülləşdirəcək və azaldacaqdır. Həyat eniş və yoxuşlarla dolu bir nərdivan kimidir. Çətinliklər də, problemlər də, əzab-əziyyətlər də, xəstəliklər də bizim üçündür. Dəyərləndirməsini bilənlər üçün bütün bu mənfi kimi görünən vəziyyətlər, əslində, silkələnmək və özünə gəlmək üçün bir vasitədir. Kifayətdir ki, yaşadığın mənfi cəhətləri içində tutub saxlamayasan. Bu çox təhlükəlidir. Biriylə paylaş. Bölüşəcək biri yoxdursa, Yaradana danış. Hətta hər dərdinin şəfasını ondan istə. Çünki, sənə daha çox kömək edə biləcək heç kimsə yoxdur.
 
2.Dərdlər üst-üstə gəldiyində, sağlamlığına daha çox diqqət etməlisən. Yoxsa zamanla səndən qisasını acı bir şəkildə alır. Zəngin olmaq, daha çox pul qazanmaq üçün xərclədiyin sağlamlığını, qocalıb itirdikdən sonra, gəncliyində öz qazandığın pullarla təkrar geri ala bilərsən. Hələ ki ruh sağlamlığını itirsən, həyatının geri qalanını bir bitki kimi keçirmək məcburiyyətində qalacağını heç vaxt ağlından çıxartma.
 
3.Səni incidən adamları və vəziyyətləri həyatından uzaqlaşdır. Özünü daha yüngülləşmiş və rahat hiss edəcəksən. Çünki mənfi düşünən və ətrafına mənfi enerji yayan insanlar, ruhunuzun üstünə çökmüş bir qarabasma kimidir.
 
4.İstədiyin qədər ağla. Elm adamları, ağlayan insanların zehni cəhətdən daha güclü olduqlarını deyir. Bil ki, daha da möhkəmlənəcəksən. Ağlamaqdan utanma və ağlamağın acizlik olduğunu əsla düşünmə. Ağlamaq, insanlıqdır.
 
5.Hər keçən gün düşən fiziki gücün, gün keçdikcə daha da azalacaq. O günlər gəlib çatmadan əvvəl içini, hüzur və ümidlə doldura bilməlisən. Fiziki gücünün azaldığı günlərdə, gələcəyə olan inamının sənə rahatlıq verəcəyini unutma. Bu səbəblə də inancından qəti dönmə.
 
6.Qəlbinin qırıldığını hiss etdiyin zamanlarda, faydalı və fərqli bir şeylər etmək üçün fürsətlər doğar. Kifayətdir ki, cəsur ol. Qorxma və silkələnib yenidən baçlamağı bacar.
 
Hər şeydən əvvəl, güclü bir inanca, möhkəm bir xarakterə sahib kəslərin asan-asan psixoloji sıxıntılar yaşamayacağını bilməlisən. Bunun üçün, inancını heç itirmə.
 

ŞƏRH YAZIN