30 gün yetər ki, sən yeni bir dünyaya oyanasan, yepyeni gözlərlə dünyaya baxasan, başdan ayağa yenilənib enerji dolu olasan. Uzun sözün qısası, təcrübəli insanların tövsiyələrindən istifadə etməklə cəmi 1 ay ərzində həyatınızı tamamilə dəyişə bilərsiniz. Məsləhətlərə əməl etdikdən sonra nəinki 30 gün ərzində yaranan dəyişikliklər, eyni zamanda qısa zaman ərzində effektiv nəticənin əldə olunması sizi təəccübləndirəcək. Elə ona görə də sınamağa dəyər. Aşağıda qeyd olunan tövsiyələri diqqətdən qaçırmayın.
• Tv izləməkdən imtina edin.
• Xoşunuza gələn əşya və ya hadisələrin siyahısını hazırlayın və təcrübə müddəti bitənə qədər bu siyahını saxlayın.
• Hər gün yeni insanlarla görüşün. Yolda qarşılaşdığınız yad insanlarla söhbət edin.
• Hər axşam gəzintiyə çıxın. Hər dəfə əyləncə üçün yeni bir yer seçin. Əmin olun ki, bu ay sizin həyatınızda unudulmaz izlər buraxacaq.
• Lazımsız əşyaları atın. Ebay-də satışa çıxarmaqla və ya digər üsullarla onları həyatınızdan uzaqlaşdırın.
• Yeni görüşlərdə iştirak edin. Əgər hələ də ailə həyatı qurmamısınızsa, bəlkə də bu görüşlər sayəsində gələcək həyat yoldaşınızı seçə bilərsiniz.
• Əgər artıq həyatınızda sevdiyiniz insan varsa, ona vaxt ayırmağı unutmayın. Ona yorğunluğu aradan qaldırmaq üçün sakitləşdirici masaj edin.
• Bir ay ərzində zərərli vərdişlərdən uzaq durun. Siqaret çəkməyin. Qazlı içkilər və kofe içməyin.
• İnsan orqanizmi üçün zərərli olan qidalar qəbul etməyin.
• Səhər tezdən oyanın.
• Çalışın gündəlik tutun və hər gününüzü qeyd edin.
• Hər gün qohumlarınız, dostlarınız və ya iş həmkarlarınız ilə telefon əlaqəsi saxlayın.
• Yeni biznes bazasının hazırlanması məqsədilə hər gün 25-ə yaxın soyuq zənglər həyata keçirin.
•Tanınmış iş adamı Mayk Ferri 2 il ərzində həftədə 5 gün bu tipli zənglərin həyata keçirilməsi ilə məşğul olmuşdur. Onun sözlərinə görə, bu üsul şəxsi biznesin yaradılması zamanı ona əhəmiyyətli dərəcədə kömək olmuşdur. Nəticədə, bu şəxs 10 milyon dollarlarla gəlir gətirən biznes qurmağa müvəffəq olmuşdur. Bu üsul digər sferalara da tətbiq oluna bilər. Siz etibarlı saytlarda qeydiyyatdan keçməklə öz blogunuzu yarada bilərsiniz.
• Hər gün öz blogunuz üçün məqalə yazın.
• Hər gün 1 saat vaxtınızı ayırmaqla sizə maraqlı olan bir mövzuya həsr olunmuş ədəbi əsər oxuyun.
• Hər gün meditasiya ilə məşğul olun.
• Hər gün xarici dildə yeni söz öyrənin.
Korrektor: Əliyeva Aynur