Gecə yuxusuzluğu bahasına zehni əmək

0
3231
Gecə yuxusuzluğu bahasına zehni əmək

Yuxusuzluq bizim üçün həyati dəyəri olan depressiya yaxud yüksək həyəcan, ağır zehni yorğunluq yaxud yaranmış problemlər kimi psixi pozulmaların nəticəsidir.

Mənim əhvalatımda bu, işdə olan problemlər idi, bunun nəticəsində isə həyəcan və  həddindən artıq yorğunluğun yaranması idi. Sonra bütün pozulmalar qar topası kimi yığılmağa başladı və artıq səbəbin harada,  nəticənin harada olduğunu aydınlaşdırmaq mümkün deyildi. Problemlərin mənim yorğun olmağım yaxud yorğun olmamağım səbəbindən yarandığı bilinmirdi, lakin əsas o idi ki mən özüm artıq bunlardan qurtula bilmirdim.    Nəticə isə yaxınlaşan depressiya idi …  


“Birinci pillə” 

İşdə yorulduqdan sonra, evə gələrkən yolda mağazaya dəymək, şam yeməyi hazırlamaq və uşağı yatızdırdıqdan sonra, mən yeganə və hər şeyə üstün gələn arzu ilə özümü çarpayıya çatdırıram, yatağa atılmaq və səhərə kimi yuxlamaq istəyirəm.

İsti yorğanın altına uzanaraq yumaq kimi rahat büküldüm və başladım … düşünməyə.   Başımda mənimlə necə düzgün rəftar etməmələri, nəyi etmədiyim, demədiyim, düşünmədiyim haqqında xatirələr qaynaşırdı.  Gecənin yarısına kimi məni incidənləri ifşa edən qəzəbli nitq hazırladım, onları biabır etdim, öz iftixarımı və alicanablığımı nümayiş etdim.   Sonra fikirlərim yavaş-yavaş şkafa tərəf yönəldi: sabah nə geyinim ki, hamını bir dəfəyə sarsıldıb məhv edim. Gözlənilmədən qulaqlarımda təngə gətirici musiqi səslənməyə başladı, mədə isə xatırlatdı ki o çoxdan qidalanmayıb.

Budur, quşlar cikkildəməyə başladılar, tramvay guruldadı. Bir azdan artıq saat da zəng çalacaq. Kədərlə saata baxdım və başa düşdüm ki, vaxt gedir mən isə artıq yuxulaya bilməyəcəm. Səhər saat 5-ə kimi yuxusuz qalaraq, qalxdım və ümidsizlikdən bir həftə ərzində yığılmış bütün paltarları ütülədim, özümü qaydaya saldım və işə vaxtından bir saat əvvəl gəldim.


 ”Sürətlə böyüyən balaca əjdaha haqqında nağıl”

Bir qədər vaxt belə rejimdə yaşayaraq və xarici görünüşüm, keyfiyyətli yerinə yetirdiyim iş haqqında çox “kompliment” qəbul edərək, mən yenə də həkim qəbuluna getmək qərarına gəldim. Sahə həkiminin qəbuluna. Başqa hara gedə bilərdim ki?

Həkim, yorğun, xoşsifət qadın mənə qulaq asdı və birbaşa psixoloqun qəbuluna göndərdi. “Psixiatrın yanına getsəz daha yaxşı olar”, – deyərək bir qədər pauzadan sonra o əlavə etdi.

Və mən psixiatrın qəbuluna getdim. Bu peşə haqqında olan bir qədər yanlış fikirlərimi qıraraq lazım olan kabinetə gəldim və həmən an psixi xəstə adamlar sırasına daxil edildim. Bunu mən hec cür gözləmirdim və əlbəttə ki soruşmağa, öyrənməyə və məsləhətləşməyə başladım.


Mən bunu aydınlaşdıra bildim: 

”Yuxusuzluq bizim üçün həyatı dəyər olan depressiya yaxud yüksək həyəcanlıq, ağır zehni yorğunluq yaxud yaranmış problemlər kimi psixi pozulmaların nəticəsidir”.


Mənim vəziyyətimdə işdə problemlər var idi, bunun nəticəsi kimi isə həyəcan və yorğunluq əmələ gəlmişdi. Sonra bütün pozuntular qar topası kimi yığılmışdı və artıq aydınlaşdırmaq mümkün deyildi səbəb haradadır, nəticə isə harada.  Problemlərin mənim yorğun yaxud bunun əksinə olmağım səbəbindən yarandığı bilinmirdi, lakin əsas o idi ki mən özüm artıq bunlardan qurtula bilmirdim.    Nəticə isə yaxınlaşan depressiya idi …

Və siz bu halın xüsusilə ağır olduğunu düşünməkdə çox böyük səhv edərsiz. Mənim həkimimin sözlərinə görə hər onuncu adam belə oxşar haldan əziyyət çəkir. Ancaq hamı özünü psixiatrın qəbuluna getməyə məcbur edə bilmir, çünki bu özünü xəstə hesab etmək deməkdir.


”Tapmaq və zərərsizləşdirmək”

Mən bir az ifratçılıq etdim. Əgər siz imtahan, məsul müşavirə yaxud konsert qabağı yuxuya gedə bilmirsinizsə, burada qorxulu heç nə yoxdur. Digər məsələ yuxusuzluq sizə daima əziyyət verdiyi haldır.

Və bu səbəbdən məsələni uzatmadan öz sağlamlığımız uğrunda mübarizəyə başlayırıq. Düşmənə qalib gəlmək üçün onu tanımaq lazımdır, bunun üçün birinci növbədə yuxusuzluğun səbəblərini araşdırmaq lazımdır.


Birinci səbəb: güclü təəssüratlar, stresslər keçirməkdir. 

Əgər siz mənim vəziyyətimdə olduğu kimi axşam başınızda haqsızlıqları fırladırsızsa, yaxud ucadan dalaşırsizsa bu halda bütün gecəni yuxusuz uzanmaq ehtimalı güclənir. Bunula belə, yaxın adam (həyat yoldaşı, qızı yaxud oğlu) üçün həyəcanı da stressə aid etmək olar.


İkinci səbəb: az hərəkətli həyat tərzi. 

Əgər siz gün ərzində hərəkət etmirsinizsə, bu halda sizin ancaq yeganə beyniniz yorulur.  Bir tərəfdən siz yorğunluq, düşgünlük hiss edirsiz, digər tərəfdən isə sizin orqanizminiz fiziki yorulmayib və işləməyə davam etmək istəyir. Belə ziddiyyət əmələ gəlir … Burada intellektual yorğunluq baş verə bilər.


Üçüncü səbəb: narahat yataq, boğanaq hava, narahat vəziyyət.

Çox yorğun olduğunuz halda siz hətta yuxuya gedə bilərsiz, lakin gecə yarısı mütləq oyanacaqsız. Əgər bu baş verməsə yenə də yuxularınız qarışıq olacaq və siz səhər ozünüzü tamamilə  əzgin hiss edəcəksiz.


Dördüncü səbəb: axşam həddindən artıq yemək. 

Mədə yaxud bundan daha pis olan sidik kisəsinin aktiv fəaliyyəti  səhərə kimi ləzzətli, sakit yuxuya dalmağa imkan verməyəcək. Gecə bütün orqanizm və o cümlədən həzm orqanları istirahətə köklənir. Özünüzü qida ilə yükləyərək, siz onları adi rejimdə işləməyə məcbur edirsiz. Burada yuxu haqqında danışmağa dəyməz! Amma ac qarnına da yuxuya getmək demək olar ki, mümkün deyil.


Beşinci səbəb: yuxudan qabaq qəhvə, kakao içmək yaxud siqaret çəkmək. 

Bəlkə də bunlar çoxlarına təsir etmir, lakin yenə də bu ərzaqlar güclü həyəcan gətirən vasitə kimi qəbul edilib. Əgər sizin həyəcanınızı yaxud əsəbinizi bir fincan qəhvə ilə artırsaq, demək olar ki yuxusuz gecə sizə təmin edilib.


Altıncı, təəccüblü səbəb: zəngli saatın zəngini gözləmək. 

Zəngli saatı eşitməməkdən, lazım olan vaxt oyanmamaqdan, işə gecikməkdən dəhşətli dərəcədə qorxan həssas şəxslər çoxdur. Belə halda yüksək həyəcanlı olmaq səbəbindən daima saat zənginin səsini gözləmək yuxusuzluğa gətirən səbəb ola bilər.


 ”Huşa getmə anı”

İndi, xəstəliyin səbəbini bildikdən sonra onun ləğv edilməsi üsulunu tapmaq olar. Mən bu məqalədə dərman vasitələrini sadalamayacam, qoy bunu son dərəcədə ehtiyac olduğu halda həkim etsin. Mən isə qətiyyətlə bu qüsurlu vəziyyətdən çıxmaq və öz həyatımı dəyişmək qərarını verdiyim andan sonra şəxsən yığaraq tapıb istifadə etdiyim müxtəlif xalq təbabəti üsullarını təklif edirəm.


Beləliklə:

Xalq təbabəti yaxud homeopatiya, şərqin yaxud keçmiş həkimlərin məsləhətləri – bunu özünüz seçin.  Bütün bu üsullar yaxşıdır və kömək edə bilər, lakin ancaq sizə mane olan ən birinci səbəb həmişə yadınızda qalmaq şərti ilə. Və daima onün üzərində çalışmaq lazımdır.


Amma yuxudan qabaq sakitləşmək, istirahətə hazırlaşmaq və nəticədə yaxşı yuxulamaq üçün isə 7 çox yaxşı üsuldan istifadə edin.


Ən sadə olan birinci üsul: 

Yuxulamaq üçün uzandıqda nəyin bahasına olursa olsun deyə, yuxulamağa çalışmayın. Sağ böyrünüzdə rahat vəziyyət alsaz daha yaxşı olar, sağ əlinizi və kürəyinizi geriyə aparın, sağ ayağçnızı isə dizdən qatlayın.

Çarpayınızın necə durduğuna baxın: başınız şərqə tərəf olduğu halda bu orqanizmi canlandırır, başınız şimala olduğu halda isə həyəcanı azaldır və rahatlaşdırır.


İkinci üsul, bal ilə: 

Əgər siz isti südü və balı yaxşı qəbul edirsinizsə, bu sakit yuxu üçün əla vasitədir. Çox həyəcanlı olduğunuz halda 3 qaşıq alma sirkəsini bir fincan balda qarışdırın və yatmazdan yarım saat əvvəl bu qarışıqdan 2 çay qaşığı qəbul edin.


Üçüncü, valeryan üsulu: 

Bəzən süd və bal artıq kömək edə bilmir. Bu halda, bir xörək qaşığı valeryana soyuq qaynanmış su əlavə edin. Bunu səhərdən etmək daha yaxşı olar. Axşam işdən gəldikdən sonra onu süzün. Gündə 3 dəfə bir xörək qaşığı qəbul edin. Yaxud ən azı hər gecə qəbul edin. Əla yuxuladıcı və bərpa edici vasitədir.


Dördüncü, lavanda üsulu: 

Daha bir xoş və rahat əldə olunan üsul: yastığa bir neşə damçı lavanda vurun. Onun qoxusu sakitləşdirir və uzun müddətli yuxuya səbəb olur.


Beşinci, xardal üsulu: 

Əgər başa qan axını artdığını hiss edirsizsə, siz əsəbiləşirsiz və daima eyni vəziyyəti düşünürsüzsə, bu halda ayaqlarınızin baldırlarına xardal qoymaq əla vasitədir. Qan ayaqlara axacaq siz isə bir ana sakitləşəcəksiz və yuxuya gedəcəksiz. Bu qəribə üsuldan çox vaxt xəstəxanalarda tibb bacıları istifadə edirlər. Lakin xardalın xüsusiyyətlərini bilsək, bu tamamilə məntiqli görünər.


Altıncı, ekzotik üsul: 

Şərq təbabəti ümumiyyətlə ekzotik üsul təklif edir. Əllərinizi bir birinə sürtün, baş və şəhadət barmağınız ilə qulaqlarınızın uclarından tutun və belə vəziyyətdə 3-5 dəqiqə saxlayın.  Məsələ ondadır ki, məhz qulaqların uclarına bizim demək olar bütün daxili orqanlarımız proyeksiya olunurlar. Belə ki lazım gələn akupunktur nöqtələri ovuşdurmaqla siz praktiki olaraq özünüzə ümumi massaj edirsiz.


Yeddinci, dost üsulu: 

Yuxulayıb qalmaqdan qorxursunuzsa, zəngli saatdan istifadə etməkdən imtina edin. Sizi hər gün yuxudan oyatmağı kimdən isə xahiş edin. Onun tərəfindən olan bu qulluğun nə qədər vacib olduğunu o adama deyin.


Heç nəyə baxmayaraq bu möcüzəli vasitələrin təsir etmədiyi halda, yenə də siz daima əsəbi, həyacanlı, qıcıqlanmış olursunuzsa və həyatınız sizə xoş deyilsə, həkimə getmək vaxtıdır. Ola bilər ki, sizin intensiv medikamentoz müalicəsinə ehtiyacınız var.


Axırıncı dəfə mənim psixiatrımdan aldığım daha bir məsləhət: “Bu həyatda öz rolunuzu anlayın, ancaq qüvvəniz imkan verdiyini öz üzərinizə götürün və bundan artıq heç nə götürməyin”.

 

ŞƏRH YAZIN