Həyat Yalnız Sənin Həyatındır!

0
4366
Həyat Yalnız Sənin Həyatındır!

Bəzən cəmiyyətin tələbləri ilə sənin istəklərin uzlaşmır. Sonunda bayrağını qaldırıb, tamamilə təslim olduğunu bəyan edirsən. Artıq sənin öz həyatını onların istəklərinə görə yaşamağa başlayırsan. Xoşbəxtliyin və azadlığın ciddi şəkildə baltalanır, fərdi şəxsiyyət ifadə edilmir, başqalarının məmnuniyyəti prioritetə çevrilir və insanı getdikcə təkliyə sövq edən düşüncə qəliblərinə sahib olur.

Bu elə bir çətinlikdir ki, bəzi adamlar fərqində olmadan həyat ilə bağları qopmuş, daha hirsli və getdikcə özünə qarşı yadlaşmış bir vəziyyətə gəlirlər.

"Başqalarının nə dediyinə" görə yaşayanlardan, başqalarının özü haqqında davamlı mühakimədə olduğunu düşünüb ona görə davrananlardan, davamlı xarici istinadlarla hərəkət edənlərdən, özünə aid bir fikri və təşəbbüsü ortaya qoymaqdan çəkinən kəslərdən bəhs edirəm. Daxil olduqları hər mühitdə sınanmaq qayğısı yaşayanlar üçün həyat həqiqətən də çox çətin olar.

İnsanları incitməkdən qorxmaq, "Yox" deyə bilməmək, mənfi duyğusunu dilə gətirə bilməmək, "Hər kəs məni sevsin" deyə gözləmək - bütün bu davranışların təməlində yatan əsas səbəb "Tək qalmaqdan qorxmaqdır".

Bu şəxslərin həyat tərzinə baxıldığı zaman, ümumiyyətlə, onların valideynləri ilə bənzər xüsusiyyətləri olur, ya da valideynləri ilə aralarında etibarlı əlaqənin qurulamamış olduğu aydın olur.

Ətrafdakı insanlar tərəfindən  qəbul edilməyəcəyini düşündüyü üçün öz fikrini söyləməkdən boyun qaçırmaq, rədd edilməkdən qorxmaq, digər insanların yanında zəif olmaq, sevilməmək qorxusu, onunla maraqlanan birinin olmadığı düşüncəsi, insanların ondan  uzaqlaşacağı və tək qalacağı kimi yanlış düşüncələr və səhv inanclar həmin adamın həyatına mənfi yöndə təsir edir. Belə adamlar ictimai həyatdan qaçır, ətrafındakı insanlarla əlaqədar yanlış fikir söyləyirlər. Bunun nəticəsində  münasibətlər pozulur və  sonda da təklik və depressiya ilə nəticələnir.

Burada ironik olan budur - ümumiyyətlə, başqalarının özü haqqında nə düşündüyü mövzusunda "falçılıq" edib ona görə hərəkət edənlər, əslində öz düşündüklərini sanki qarşısındakının düşüncəsiymiş kimi qəbul edirlər. Bu, insan əlaqələrindəki yamsılamadır və belə yaşamağa çalışmaq çox çətindir.

Yeni tanış olduğu insanların olduğu mühitdə şəxsin "Mən sözə başlasam, kimsə söylədiklərimə maraq göstərməz" düşüncəsiylə susması tamamilə özünün düşüncəsi ilə əlaqədar vəziyyət olsa da, o, bunu qarşı tərəfin düşüncəsi kimi qəbul edir. Bundan tez-tez istifadə edən şəxslərin münasibətlərində də ciddi çətinliklər yaşanar. Düşüncə sxemləri erkən yaşlardan etibarən səhv formalaşdığı üçün həmin şəxslər əlaqələrdə obyektiv olaraq anlamaq, şərh etmək və reaksiya vermək davranışları göstərə bilməzlər. Ekspert dəstəyi almaqla belə vəziyyətin öhdəsindən gəlmək mümkündür. İnsan olduğumuzu unutmadan insan olmağa icazə vermək, hər kəsin bacardığı kimi yaşamağa çalışdığını düşünmək lazımdır.

Unutma, həyat sənin həyatındır. Necə yaşayacağına sən qərar verməlisən!

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN