İradə

0
4114
İradə

Ağılın sanksiya gücü yoxdur. Sanksiya gücü iradəyə aiddir. İradə isə bir çox gücün təsiri altındadır. Bundan ötəri digər qüvvələrin təsiri altında olan iradə , ağılın doğru bildiyini və hökm verdiyini edə bilməz və zərərli gördüyü şeydən qaça bilməz vəziyyətdə buraxa bilər. Ağlın doğru düşünməsinə qarşılıq, doğrunu etdirməsinə başqa güclər iradə vasitəsilə mane ola bilər. Bunlar iradəni təsir altına alan, başqaları tərəfindən zehnə göndərilən təəssüratlar və məlumatlardır. Bunlar tarixdən, ətrafdan, müəllimdən və cəmiyyətdən gəlməkdədir. Bunlar o qədər təsirli olarlar ki, ağlı belə bəzən səhv hökmə çatacaq qədər çaşdırarlar. Ağılın möhkəm düşünə bilməsi üçün onu təsir altına alan iradəni bu təəssürat və məlumatlardan qurtarıb öz başına və özünə görə hökm verməsini, başqa bir deyişlə ağlın saf və sərbəst olaraq düşünməsini təmin etmək lazımdır. Belə düşünən ağla sağlam fikir və səlim ağıl deyilməkdədir. Bu cür ağıl, bütün insanlarda olur, insanı çaşdırmaz və ona ancaq doğrunu göstərər. Məsələn, atasını öldürən qatili öldürməyi ağıl uyğun saymaz. Çünki bilir ki, özü qatili öldürərsə, qarşılığında özü də öldürüləcək. İctimai təcrübə də budur. Amma yenə ictimai və digər faktorlar iradəni buraxmaz mütləq öldürməyə, qərar verməyə məcbur edər. İradə də ağlı hökm verməyə icbar edər, ağıl onun səhv olduğunu söyləyərək çəkilər. İradə o səhvi etdirər və ağıl əməliyyat xaricinə itələnmiş olar.

 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN