İşdə Enerji Toplamaq Üçün ...

0
2720
İşdə Enerji Toplamaq Üçün ...

İşdə enerjiniz tükənibsə, demək ki, siz də tükənmisiniz. O enerjini geri qazanmasaq, məhsuldarlıq sıfıra enəcək və bu da iş həyatının sonu ola bilər. Ona görə də sizə psixoloqların enerjini geri qazanmaq üçün məsləhətlərini təqdim edirik.

Ara verin

Yemək yedikdən sonra dərhal kompüter başına dönməyin. Ətrafda bir az gəzin və mümkünsə çölə çıxın. Bir az yaşıllıq görmək sizi rahatlaşdıracaq.

Üzünüzü yuyun


Oyanmanıza köməkçi olması və sizi yeniləməsi üçün üzünüzü yumağı yoxlaya bilərsiniz. Və ya yaş bir dəsmal ilə boyun və başınızı isladın.

Yaşıl çay için

Qəhvədən daha az kafein ehtiva edən yaşıl çay sağlam bir yuxu açan olacaq.

Saqqız çeynəyin

Saqqız çeynəmənin enerjinizi geri gətirəcəyinə inanmaya bilərsiniz, ancaq biz yenə də sınamağı təklif edirik.

Şəkərdən uzaq durun

Gün boyu şəkərli qidalar qəbul etsəniz yuxu halı dözülməz olacaq. Şəkərdən uzaq dayanmağa çalışın.

Bol su için

Bədəninizin ən çox ehtiyac duyduğu şey sudur. Su, həzm sisteminizi təşkil edəcək və hüceyrələrin yenilənməsində təsirli olacaq. Beləcə bol su qəbul edərək yuxu halından xilas ola bilərsiniz.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN