Milyarder olmağın 3 sirri

0
4130
Milyarder olmağın 3 sirri

Amerikanın nüfuzlu “Forbes” jurnalı dünyanın bütün varlı insanlarını birləşdirən üç ən vacib amili açıqlayıb.

Müvəffəqiyyət əldə etməyin sirrləri nəşr tərəfindən onlarla milyarder və multimilyonerlər arasında aparılan sorğu əsasında formalaşdırılıb:


1. “Həqiqətən varlı insanların birinci sirri onların müvəffəqiyyətsizliyə uğramaqdan qorxmamasıdır” – deyə, nüfuzlu Amerika jurnalı bildirir. Nəşrin məlumatına görə, əsas olan edilən səhvlər deyil, onlardan düzgün nəticələr çıxartmaqdır. Hər bir milyarder həyatında ən azı bir dəfə də olsun öz biznesi üçün doğru olmayan qərarlar qəbul edib. Lakin bu halda onlar bu uğursuzluqlardan mütləq dərs çıxarıblar. “Səhvlərdən öyrənirlər” – bu kəlmə dünya maqnatları haqqındadır. Ağıllı insan öz səhvlərindən, müdrik insan isə başqalarının səhvlərindən öyrənir. 

2. “Həqiqətən varlı olan insanların ikinci sirri isə onlar yeni gəlir mənbələri ilə bağlı problemlərə kreativ yanaşmasıdır”. – deyə, “Forbes” hesab edir. Dünya biznesinin “akula”ları heç vaxt nail olduqları ilə kifayətlənmir, əldə etdiklərə nəticələrə tənqidlə yanaşır və həmişə daha artığına nail olmağa çalışırlar. 

3. «Dünya milyarderlərinin və multimilyonerlərinin üçüncü sirri kimi jurnal uğurlu həyat yoldaşı seçimi ilə əlaqələndirir. Xoşbəxt evlilik heç də həmişə zəngin varis axtarışından başlamır. “Səni dəstəkləyən və daha vacibi sənin uğur əldə edəcəyinə inanan həyat yoldaşının olması əhəmiyyətlidir” – deyə, məşhur jurnal vurğulayıb.

 

ŞƏRH YAZIN