Nə Zaman Bağışlamaq Olar?

0
3986
Nə Zaman Bağışlamaq Olar?

Bağışlamaq böyüklük olsa da, bağışlanan və bağışlanmayan səhvlər var. Onları bir-birindən ayırd edə bilsək, gələcəkdə bunun peşmançılığını yaşamarıq. O səhvləri sizə təqdim edirik:

Bağışlanan səhvlər:

Kiçik yalanlar - Təzə tanış olduğunuz vaxt sizin diqqətinizi cəlb etmək məqsədiylə söylədiyi yalanları bağışlaya bilərsiniz, ya da münasibətiniz qaydasında deyilsə sizi kədərləndirməmək üçün zərərsiz yalan danışıbsa, günahından keçmək olar.
 
Hirsləndikdə etdiyi hərəkətlər - Bəzi insanlar əsəbləşəndə nə söylədiklərini bilmirlər.Bu, bütün insanlarda olan xüsusiyyətdir.Əgər qürurunuza toxunacaq elə də ağır söz deməyibsə,bağışlamaq olar.

Görüşə gəlməmək və ya gecikmək - Ondan asılı olmayan səbəbdən görüşə gecikibsə və ya heç gəlməyibsə, bunun üstündən keçə bilərsiniz.

Xüsusi günləri unutmaq - Bu vəziyyət kişilərdə daha çox özünü büruzə verir.Əgər xüsusi günləri unutmaq onun üçün adət halını almayıbsa, bağışlamağınız mümkündü.Ancaq bir daha unutmaması üçün xəbərdarlıq edin.

Lazımi qədər vaxt ayırmamaq - Bəzən insanlar istəmədən sevdiyi insana vaxt ayıra bilmir.Bunu problem etməyə dəyməz.Yox, əgər sizə diqqətsizlik mütəmadə xarakter daşıyırsa, bunu fikir verin.
 
Məsuliyyətsiz hərəkət etmək - Münasibətlərdə hər iki tərəfin eyni dərəcədə məsuliyyətli olması mümkün deyil.Ona görə də bir tərəf digər tərəfə mütləq güzəştə getməlidir.Onun məsuliyyətsiz rəftarı sizə ziyan vurmursa, bağışlamaq olar.

Kiçik ayrılıqlar - Mübahisələr bəzən xoşagəlməz nəticələr gətirib çıxarır.Sən istəməsən bələ o, "hər şey qurtardı" deyə bilər.Ancaq bir neçə günlük ayrılıq sizə hər şeyi yaxşıca götür-qoy etməyə kömək edəcək.

Gizli baxışlar - Bəzən sevdiyiniz insanın başqalarına diqqət yetirdiyini hiss etsəniz, qısqanmayın.Çünki bu, o demək deyil ki, o, sizi sevmir.

Bağışlanılmayan səhvlər:

Təhdid - Sizə əl qaldırarsa, bağışlamayın.Bağışlasanız, əmin olun ki, bu hərəkət yenidən təkrarlanacaq.

Xəyanət - Bağışlanılması mümkün olmayan addım... Sizi başqasına dəyişibsə, deməli, əvvəlki kimi sevmir.

Böyük yalanlar - Evli olduğu halda "subayam" desə, onun yalanını aşkar etsəniz, ayrılın.

Laqeydlik - Sizinlə bağlı heç bir şeylə maraqlanmırsa ondan uzaqlaşmanız məsləhətdir.

Hörmətsizlik - Hər kəsin yanında sizi təhqir edirsə, qürurunuza xələl gətirən hərəkətlər edirsə, bağışlamayın.Çünki sevgidə hörmət əsas amildir.

İçki və narkotik vasitələr - Görüşməyə başladıqdan sonra sevgilinizin içki düşkünü və ya narkoman olduğunu öyrənsəniz, ondan ayrılmanız məsləhətdir.Çünki siz onu bu yoldan çəkindirə bilməzsiniz.Əksinə, o, sizi öz təsiri altına salacaq.
 
 
 
Redaktor:Əliyeva Zeynəb

 

ŞƏRH YAZIN