Özünə Bütün Gücünlə Inan!

0
3729
Özünə Bütün Gücünlə Inan!

 1. MƏQSƏDİNİZİ DƏQİQ TƏYİN EDİN 

İki yolla gedə bilərsiniz:

A) Asan yolla başqalarının mənfi xüsusiyyətlərini tapıb üzə çıxartmaqla öz sadə nailiyyətlərinizlə fəxr etmək.

B) Çətin, amma dəyərli, düzgün yolla daim bilik və bacarıqlarınızı artırmaqla - mənfi cəhətlərinizi tapıb onları aradan qaldırmaq. Bu yol özünüqiymətləndirmənin səviyyəsini mütləq artıracaq.

 

2. TƏBİİ, ZƏRURİ HADİSƏLƏRƏ HAZIR OLUN 

Hər bir insan həyatı boyu müxtəlif krizis dövrləri keçirir. Bu mərhələlərdə o, yaşadığı dövr ərzində öz-özünə hesabat verir. Qarşısına yeni məqsədlər qoyur, mənəvi dəyərləri daha da genişləndirir. 30 və 40 yaş ən vacib, çətin krizis mərhələləridir. Bu yaş dövrlərinə hazır olmaq lazımdır. Depressiyaya düşməmək üçün bu yolda ən uğurlu nailiyyətlərinizi yadınıza salın. 

Kişilərin özünüqiymətləndirmə səviyyəsi orta hesabla qadınlardan aşağı olur. Mütəxəssislər hesab edir ki, bu fakt kişilər arasında erkən ölüm hadisələrini doğruldur. Həmçinin onların daha çox spirtli içkiyə qurşanmağına da səbəb ola bilir. 

 

3. ÖZ FƏRDİ MÜDAFİƏ SİSTEMİNİZİ SEÇİN

Özünüqiymətləndirmə hər zaman ətrafdan təziqə məruz qalır. Biz cəmiyyətdə özünüqiymətləndirmənin bir neçə növ müdafiə sistemi ilə rastlaşa bilərik. Məsələn, biri əli çatmayan, amma çox arzusunda olan hadisəni dəyərsizləşdirir. Başqası, əksinə, başına gələn xoşagəlməz əhvalatı yaşayarkən gülümsəyir, özünü laqeyd aparmağa çalışır. 

 

4. UNUTMAYIN, SİZ TƏNHA DEYİLSİNİZ

Özünə inamı az və yaxud zəif olan insan daha çox ətrafdan rəğbət, təsəlli gözləyir. Söhbət zamanı o çalışır ki, həmsöhbətinin problemlərini qeyd etsin və bununla özünün problemlər içində tək olmadığını bir az unutsun.

 

5. MÜTƏXƏSSİSƏ MÜRACİƏT ETMƏKDƏN ÇƏKİNMƏYİN

Əsaslandırılmış yüksək özünüqiymətləndirmə insana həyatda uğur gətirir. Bəzən biz özümüzü kənardan düzgün, hərtərəfli görə bilmirik. Bu zaman mütəxəssis məsləhəti bir çox məsələlərə aydınlıq gətirə bilər. O, sizə qərəzsiz, obyektiv özünüqiymətləndirmədə yardımçı olar.

 

6. DOSTLARINIZIN MƏSLƏHƏTLƏRİNDƏN YARARLANIN

Ətrafdakıların fikirlərinə həssaslıqla yanaşma özünüqiymətləndirmə üçün çox yaxşı üsuldur. Siz hətta eksperiment keçirə bilərsiz. Etibar etdiyiniz bir neçə adam seçin və onlara sizdə olan bu xüsusiyyətləri nə dərəcədə inkişaf etdiyinin qiymətləndirməsini təklif edin: məsuliyyətli olmağınızı, özünütənqidi, həmsöhbətə qulaq asmaq bacarığını, özünənəzarəti, inadkarlığı. On ballıq şkaladan istifadə edin. Alınan nəticələri toplayın. Bu rəqəmlər sizə özünüz haqqında o qədər yeni məlumat deyecək ki!

 

7. ÖZÜNÜZÜ SEVİN

Özünüqiymətləndirməni aclıq hissi ilə müqayisə etmək olar. Bir müddət tələbatın ödənilir, amma az sonra yenə boşluq, aclıq əmələ gəlir və bu sizə narahatlıq gətirir. Necə ki, sevənlər daim sevildikləri haqqında soruşmaqdan yorulmurlar, o cür də bizim özümüzüqiymətləndirməmiz daim diqqət tələb edir. Dünyaya pozitiv yanaşın çalışın mənfi hadisələrdə müsbət cəhətləri nəzərə alasınız. Hər gün elədiyiniz 5 iş üçün özünüzü tərifləməyi unutmayın. 


Özünüzün ən yaxın, yaxşı dostu olun. Heç kimlə özünüzü müqayisə etməyin, hər kəs unikaldır! Həyatda öz üslubunuzu tapın. Hər səhər yadınıza salın ki, siz bu həyatda unikalsınız və dünyada xüsusi yeriniz var. 

Səhvlərinizi bağışlayın, özünüzü bağışlamağı öyrənin. Əgər bunu bacarsanız, onda qəlb rahatlığı, sakitlik sizi tapacaq.

Korrektə etdi: Elnarə İzel

 

 

ŞƏRH YAZIN