Özünə Güvən

0
7997
Özünə Güvən

Əksəriyyət insanın qarşılaşdığı ən böyük problemlərdən biri də özgüvən əksikliyidir. Bu da insanların özləri ilə barışıq olmamalarından və ailədə olan davranışlardan irəli gəlir. Bunun üçün ilk öncə Özünüzə sağlam şəkildə hörmət etməyi öyrənmək lazımdır. Bu, qürurlu ya da doğuşdan digər insanlardan daha yaxşı olduğunuz mənasını verməz, özünüzü hörmətədəyər və qiymətli hiss etməniz anlamını verər.Özünüzə istiqamətli hörmətinizi artırmaq üçün bu ipuclarına diqqət yetirməniz lazımdır:
Hər şeydən öncə gerçəkçi olun: Özünüzü digər insanlarla qarşılaşdırmayın, əlinizdən gələnin ən yaxşısını etməyə fokuslanın. Ayrıca, “əlinizdən gələnin ən yaxşısı”nın nə qədər yatdığınız, yedikləriniz, iş saatlarınız və ictimai əlaqələriniz kimi şərtlərə bağlı olaraq hər gün dəyişdiyini ağılınızın bir köşəsinə qeyd edin.
Uğurlarınızı təqdir edin: Hər günün sonunda nələr edə bildiyinizi gözdən keçirin. İrəliləmə qeyd etdiyin işlər və dəyərləndirdiyin fürsətlər üçün özünüzü təqdir edin. Daimi olaraq sağlam risklər almaq özünüzə hörmətin artmasını dəstəkləyir.
Daxilinizə fokuslanın: Dünyanın ən bahalı evinə ya da avtomobilinə sahib olacağınıza inanmaq kimi maddiyyətə söykənən, xarici şərtlərin şəkil verdiyi xəyallardan uzaq durun. Özünüzü sahib olduqlarınızla tanımlamayın.Öz daxili səsinizin yönləndirdiyi hədəflərinizi müəyyən edin. Əslində sizin üçün nə vacibdir? Hansı dəyərlər ürəyinizə daha yaxındır? Bunlara uyğun yaşamağa çalışmaq da özgüvəninizi artıracaq.
Həyata aktiv olaraq qatılın: Hədəflərinizi reallaşdırmaq üçün nizamlı olaraq addımlar atın. Qrup çalışması güclü bir əməkdaşlıq yaradır, ancaq əsla birinin bütün vəzifəni boynuna götürməsini gözləməyin. Strateji düşünün və gücünüzün çatacağı şeyləri edin.
Özünüzə zaman ayırın: Siz, özünüzü sevəcək və nazıyla oynayacaq qədər qiymətlisiniz. İlk olaraq buna inanın. İkincisi, sağlamlığınıza diqqət edin, sağlam qidalanın,kifayət qədər yatın, nizamlı olaraq məşq edin və istirahət üçün zaman ayırın.Ehtiyaclarınızı sağlam şəkildə tələbata uyğun qarşılayın. Burada məqsəd hədəfinizə kimsəyə zərər vermədən və ən yaxşı şəkildə çatmanız, bu müddətdə digər insanlara da faydalı olmağınızdır. İlk olaraq nəyə ehtiyacınız olduğunu təyin edin, sonra da bu ehtiyacınızı qarşılamaq üçün mövcud olan variantlara baxın. Hər ehtiyacınız olanı əldə edə bilməsəz belə, özünüzə hörməti artıracaq şəkildə hərəkət etmiş olacaqsınız.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN