Qısqanclıq Duyğusunu Siz İdarə Edin

0
2883
Qısqanclıq Duyğusunu Siz İdarə Edin

Özümüzü dərk edəndən bu günə birini sevərkən onu itirmə qorxusuyla yanaşı, qısqanclıq duyğusu da ortaya çıxır. Yəni bundan qaçış yoxdur. Qısqanmaq təbii bir romantik müddətdir, bunda səhv yoxdur. Ancaq qısqanclıq, digər bütün duyğuların qabağına keçib əlaqəni idarə altına almağa başladığında,ünsiyyət pozuqluqları,etibarsızlığa doğru irəliləyən sürətli bir müddət də başlamış olur. Edə biləcəyimiz yeganə şey isə; "qısqanclığı idarə altına almaq". Yaxşı bunu necə edə bilərik?

"Ruhun Sirləri və Atalarımızın Məlumatı" adlı kitabın yazıçısı Bohdi Sanders açıqlayır:

Özünə inamınızı inkişaf etdirməyə çalışın

Adamın özünə inamı nə qədər aşağı olsa, öz dəyəri mövzusunda o qədər şübhəyə düşəcək. Bu da dostunuz, sevgiliniz ya da həyat yoldaşınız sizi başqası üçün tərk etməyəcək qədər dəyər verdiyinə dair narahatlıqlarınızın olmasına gətirib çıxarar. Bu səbəbdən özünə inamınızı inkişaf etdirmək, qısqanclığı idarə altına almanın ilk addımıdır. Özünüzə nə qədər dəyər versəniz, özünüzü o qədər xüsusi hiss edərsiniz. Beləcə ətrafınızdakı insanlar da sizin xüsusi olduğunuzu görərlər. Özünə inamı yüksək olan bir adam, əlaqəni iki tərəfində qarşılıqlı fayda verdiyi bir təməldə qiymətləndirər. Qiymətli olduğunuzu anlayın və əgər biri sizə bu dəyəri vermirsə,o adam doğru insan deyil.

Duyğularınızın fərqində olun

Duyğularınızın fərqində olmanın heç bir pis yanı yoxdur. Əlbəttə duyğularınızın sizi ələ keçərməsinə icazə vermədiyiniz müddətcə... Qısqanmaq təbii bir duyğudur və nəyə dəyər verib -vermədiyinizi anlamanızı təmin edər. Problem duyğunun özündə deyil, o duyğunun əsiri halına gəlməkdir. Əgər qısqandığınızın fərqindəsizsə, doğru yoldasınız deməkdir. Burada əhəmiyyətli olan duyğularınızı dostunuz, sevgiliniz ya da həyat yoldaşınızla paylaşmaqdır. İkili əlaqələrdə dürüst və açıq olmaq, duyğularınızın zaman içərisində dağıdıcı və əsiri olma halına çatmasına mane olar.

Problemin kökünə enin

Duyğularınızın və qısqanclığınızın məntiqli bir səbəbi varmı? Yoxsa qısqanclığınızın səbəbi ağlınızın sizə oynadığı bir oyundanmı ibarətdır? Qısqanclıq duyğunuz, sizə bir yerlərdə həll etməniz lazım olan bir problem olduğunu söyləyər. Burada etməniz lazım olan qısqanclıq duyğunuzun mənşəyinə enmək, problemi təsbit etməkdir. Əgər etibarlı bir səbəbiniz varsa, problemi həll edə bilər, səbəb kifayət qədər təsdiqlənə bilər deyilsə,problemi başınızdan ata bilərsiniz.

Müsbət düşüncələrinizə və fərdi inkişafınıza fikrinizi cəmləşdirin

Zehniniz sizə oyunlar oynaya bilər və düşüncələrinizin bəzən nəzarət edilməsi lazımdır. Duyğularınızın həyatınızı ələ keçirməsinə icazə verməyin. Siz yalnız öz hərəkətlərinizdən cavabdehsiniz,başqalarınınkından deyil.. Bir şey üzərinə çox baş yorar və enerjinizi tükətsəniz, onun bir şəkildə həyatınıza girməsini təmin edərsiniz. Bunun yaxşı ya da pis olması da sizin əlinizdədir. Qısqanclıq kimi mənfi duyğularla zehninizi məşğul etmək yerinə, başınızı müsbət düşüncələrlə doldurun. Qısqanclıq, narahatlıq kimi mənfi duyğular eyni zamanda sizi stress altına alar və sağlamlığınızı təhdid edər. Nəyi istəmədiyinizi deyil, nə istədiyinizi fikirləşin.
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN