Ruhən bizə güc verəcək 19 həyat dərsi

0
7612
Ruhən bizə güc verəcək 19 həyat dərsi

1- Yaradanı sev. Özünü yaradıldığın kimi qəbul et və özünü də sev. Yaradılan hər şeyi Yaradandan ötrü sev. Bütün sevgilərin başlanğıcı, Allah sevgisidir.

2- Ruhunu bəslə. Ruhun, mədəndən çox daha əhəmiyyətlidir. Mədə bu dünyada qalarkən, ruhun əbədiyədək səninlə gəlir.
 
3- Mənəvi bir gücə (Allaha) dayan. Nə istəyəcəksən, yalnız Ondan istə.
 
4- Realist ol. Amma bunu edərkən özün olmaqdan əsla əl çəkmə.
 
5- Özün üçün yaşayarkən, sevdiklərini və başqalarına da etinasızlıq etmə. Həyat birlikdə gözəldir.
 
6- Uzlaşmağı bacar, müzakirələrdən mümkün olduqca uzaq dur.
 
7- Tez-tez səyahət et. Qısa da olsa səfərlərə çıx. Hər bir səfərdə dünya görüşün daha da genişlənəcək, üfüqün açılacaqdır.
 
8- Daha az düşün və şərtlər nə olursa olsun ümidini heç vaxt itirmə.
 
9- Öz həyatını başqalarının həyatı ilə heç vaxt müqayisə etmə. Hər kəsin həyatı və imtahanı bir-birindən fərqlidir, bunu unutma.
 
10- Həyatdan və xüsusilə də insanlardan gözləntilər içində olma. Yalnız Allaha güvən.
 
11- Yaşamaq üçün çalış, amma, çalışmaq üçün yaşama. İş və pul dəlisi olub, həyat məqsədini heç vaxt itirmə.
 
12- Gözlənilməz vəziyyətlərə qarşı hazırlıqlı ol. Unutma, həyat acı-şirin sürprizlərlə doludur. Başına gələn hər hadisə, bir sınaq vasitəsidir.
 
13- Daha çox yaxşılıq et, daha çox insanın əlindən tut.
 
14- Özünü və digər insanları bağışla. Nifrət və kin, insanı içdən içə öldürən zəhərli bir ilan kimidir.
 
15- Mənfi insanlardan uzaq dur. Onların həyat məqsədini yox etməsinə icazə vermə.
 
16- Başqalarının cümlələrini heç vaxt tamamlama. Hər kəsin öz cümləsi ilə, özünü ifadə etməsinə icazə ver.
 
17- Kiçik şeylərdən xoşbəxt olmasını bil. Onsuz da xoşbəxtlik da çox kiçik şeylərdə gizlidir. Məsələn, tutduğun kiçicik bir əl.
 
18- Sevdiklərinə, onları nə qədər çox sevdiyini söyləmək üçün, soyuq mərmər daşla üzləşməyi gözləmə. Utanmadan, çəkinmədən SƏNİ SEVİRƏM də.
 
19- Ölümü heç yadından çıxartma. Sevdiklərinə, hər an öləcəksənmiş kimi, ya da onları itirəcəkmişsən kimi yanaş. Görməməzliyə vurmaqla, həyatın ən böyük reallığından qaç. Ölümlə hər gün üzləş ki, hazırlıqsız yaxalanmaqdan xilas ol.
 

ŞƏRH YAZIN