Sevməkdən Əsla Əl Çəkmə!

0
6343
Sevməkdən Əsla Əl Çəkmə!

Həyat bəzən acımasız ola bilir. Sən önünə bax. Geriyə baxarsansa əgər, qarşına çıxan fürsətləri görmərsən.

Heç sevməyəcəyəm də demə. Sən sən ol, sevməkdən əsla əl çəkmə...

Qovalayanların qabağından əsla ürkək dovşan kimi qaçma. Bil ki, yenə tutacaqlar...

Xain əllər bir gün gəlib ürəyini yerindən söküb, heç kimin tapa bilməyəcəyi yerə atarsa, doğan hər gündə bir ümid tap və davam et yoluna...

Mənfəətsiz sev, sevərkən də əsla qarşılıq gözləmə. Bil ki, hər sevdiyin insan səni sevməyəcək, hər səni sevəni də sən sevməyəcəksən...

Hazırlıqlı ol hər sona. Sonları gördüyün an, xətt çək keçmişə... Amma təcrübələrini əsla unutma...

Hər yeni başlanğıcda keçmişdən qalmış bir an var. Anlardan dərs çıxar və xətalarını təkrar etmə!

Hər şeyi sil, başdan yenidən başla. Unutma arada məğlubiyyətlər də qazancdır...

Uduzmaqdan qorxduğun üçün əsla qol gücündən istifadə etmə. Burax hər şey olduğu kimi qalsın...

Hər şeyi yerində buraxarkən, bil ki, səni ən son xoşbəxt edəcək olan şey, əlində olan hər şeyi etdiyin halda düzəlməsə də, sərfetdiyin gücə peşiman olma...

Bəzən düşündüyün olur : mən edərkən, niyə alınmadı, harda xəta etdim?! Hər zaman günah səndə olmaya bilər, bunu unutma...

Gücünün çatdığı qədər sevgi dağıt. Unutma ki, dağıtdığın sevgi, sonunda özünə qayıdacaq...

Bilsən ki, hər yanın qiymət bilməyənlərlə dolu, bilsən ki, adın dillərdə, qeybətçilər üçün yem olmuş, yenə də əl çəkmə bildiyin doğrudan. Çünki bəzən sənin bildiyin doğru, başqasına yalnış gəlsə də, o doğru, yenə sənin doğrundur. Bəlkə də həyatda sənin olan tək şey O-dur!

Dik dur. Başına gələcək ən pis hadisəyə rəğmən, yıxılma. Gözlərindən qan damlasa da bəzən, yaşamağa dəyər de, və davam et hər şeyə. Şillə vursa da tale belinə, bükülmə. Varam mən!- de yenə, həm də ölümünə!

İnsanlardan ümidini itirmə, mütləq səni anlayan biri tapılar...

Birdən sevdiyin tərk edib gedərsə, gözlə...ümidlə gözlə. Bir gün olar, bəlkə də geri dönər?!

Qapılarını əsla qıfıllama. Olar da birdən açarları itirdiyində, son gələn içəri girə bilməz.
 
Son gələn daima daha öncə gedəni xatırladar, mütləq bir şeylər hiss etdirər. Sən sən ol, xatirələri ağlından keçirərkən, əsla köhnəylə yenini bir tərəziyə qoyma...

Vacib bir an gördüyündə, altından xətt çək və hiss etdiyini söylə, çünki bəzən sənin düşündüklərini də düşünən tapılar...

"Əsla öz fikridir" - deyərək, başqalarına qulaq tıxama. Başqalarını mühakimə edərkən, onları aciz görmə...

Unutma ki, bir yerdə səssiz qalsa da bir insan, hər canın həyatda anlatmağa dəyər mütləq bir hekayəsi vardır.
 
 
Redaktor:Əliyeva Zeynəb

ŞƏRH YAZIN