Siz Də Özünüzə Məktub Yazın

0
1387
Siz Də Özünüzə Məktub Yazın

75 məşhur insan - yazıçılar, aktyorlar, musiqiçilər, idmançılar "Əgər sizin 16 yaşınızda özünüzə məktub yazmaq imkanınız olsaydı, özünüzə nə yazardınız?" sualını cavablandırıb və alınanan maraqlı cavablar əsasında “Əzizim mən: 16 yaşlı mənə məktub” adlı kitab nəşr edildi. Hər bir səhifədə məşhur insanların necə dəyişib 16 yaşlı, sadə, özünə inanmayan, kompleksli biri olduqlarını görmək olar. Yetkin “mən” yeniyetmə “mənə” ağıllı məsləhətlər verməyə çalışır. Nəticədə, məşhur insanlar haqqında deyil, cavanlıq, yetkinlik, möcüzə gözləyən biriləri haqqında kitab alınır.
Bu ideya o qədər təsirli alınmışdır ki, artıq adi insanlar da bu üsuldan istifadə edərək özlərinə məktub yazırdılar. Kitabın rəsmi səhifəsində bu üsuldan istifadə edən insanların sayı 1000-ə çatır. Yəqin ki, bizim hər birmizin 16 yaşlı özümüzə deyiləsi sözləri var. Düzdür,bu artıq keçmişi dəyişə bilməz, lakin bir çox insanların həyatını dəyişə bilər.

Stiven Kinqin məktubu :

“Əzizim mən,Mən sənə 2010-cu ildən yazıram, sənə bir məsləhət vermək üçün. Həqiqətən, sadəcə 4 söz: Çalış narkotikdən uzaq olasan. Sən çox istedadlısan və sən öz hekayələrinlə çoxunu xoşbəxt edə bilərsən, lakin bu danılmaz faktdır ki, sən, həmçinin potensial narkomansan. Əgər sən bu məktuba diqqət yetirməsən və öz gələcəyini dəyişməsən, sən ömrünün 10 ilini- 30 yaşından 40 yaşına kimi özünü çıxılmaz vəziyyətdə görəcəksən, çox insanı təəssüfləndirəcəksən və öz uğurundan zövq ala bilməyəcəksən. Və sən bir neçə dəfə ölümün bir addımlığında olacaqsan. İşıqlı həyat yaşa və hər anını qiymətləndir. Və yadda saxla ki, nəfsin qarşısını almaq sevgi kimi sənin ürəyinə güc verir. Təmiz qal.”

 

Korrektə etdi: Günel İbadova

ŞƏRH YAZIN