Tennis oynamaq çətin idman növü kimi görünsə də, əslində müntəzəm məşğul olduqda daha asan, eyni zamanda daha sağlam və daha güclü bədən qazandırır. Məşğuliyyət zamanı onun necə əyləncəli olduğunu da anlamış olacaqsınız. Fiziki faydaları çoxdur:
Bədəndəki yağların yandırılmasına köməkçi olar, enerji səviyyənizi artırar.
Çeviklik qazandırar.
Sürət qazandırar.
Əzələləri gücləndirər.
Oyun əsnasında etdiyiniz manevrlərlə bədəninizə elastiklik verər və s.
Amma tennis oynamağın psixoloji faydaları da az deyil.
Əvvəla nizamlı praktik etmə vərdişi qazandırar.
İş intizamı anlayışını inkişaf etdirər.
Məsuliyyət anlayışınızı artırar.
Qorxmamağı, davamlı mübarizə etməyi öyrədər.
Fiziki çətinliklərə adaptasiya olmanızı təmin edər (külək, günəş kimi).
Tennis oyununun gətirdiyi fiziki, zehni və romantik stress sizə digər mühitlərdə streslə necə başa çıxacağınızı öyrədər.
Planlı olmanızı, rəqibinizi məğlub etmək üçün yeni strategiyalar düşünməyinizi təmin edər.
Əsl idmançı ruhu qazandırar.
Komanda oyununun əhəmiyyətini göstərər.
Əzələlərinizi və zehninizi işlədərkən eyni zamanda əylənmənizi, gözəl vaxt keçirməyinizi təmin edər.
Korrektor:Əhmədova Sevinc