Uğurlu Və Sağlam Olmaq Üçün 20 Qayda!

0
4036
Uğurlu Və Sağlam Olmaq Üçün 20 Qayda!

Amerikalı yazıçı və biznes-təlimçi olan Julyen Smit həyata düzgün uyğunlaşmaq üçün gənclərə məsləhətlər verir. Yaşa dolduqca uğurlu və sağlam biri olmaq üçün qaydalara riayət edin. 

1. Dünya səni başıboş saxlamağa çalışır. Bank ödənişləri və faizlərdən başlayaraq möcüzə-dieatalara kimi – təhsilsiz insanlardan pul çırpıb təmizləmək və onları idarə etmək çox asandır. Özünətəhsillə bacardığınız qədər məşğul olun – varlı, azad və xoşbəxt olmaq üçün.

2.Kor-koranə təhsil institutlarına inanmayın. Onlar təhsil planları qurarkən, sistem köhnəlir və bəzən parçalanmağa çatır. Təqib etmək əvəzinə  liderlik edərək insanların hörmətini qazanın və öyrənin.

3. Bacardığınız qədər çox oxuyun. Yüksək səviyyədə yadda saxlama qabiliyyəti ilə birlikdə sürətli oxuma teknikasına yiyələnin. Siz bir kitabı bir həftəyə oxumağı tamamilə bacara bilərsiniz.

4. Çalışın ki, hər kəslə söhbət edəsiniz. Ünsiyyətin ustadı olun. İnsanlarda sizin xoşunuza gələni tapmağı öyrənin, sonra isə onun bu tərəfi ilə əlaqə yaradın.

5. Təvazökarlığa vaxt sərf etməyin. Təvazökarlıq –emosiyalarınızın sizin qərar vermə prosesinizin hakimi olmasına inamdır ki, o vaxt da bunun tamamilə əksi doğru olur.

6. Əgər sizi söhbət zamanı xoşagəlməz nəsə heyrətləndirirsə, çox güman ki, bundan onların doldurulması yolu ilə azad olursunuz.

7. Özünüzdən yaşca böyük olan insanlarla maksimum tez-tez söhbət etməyə çalışın. Özündən yaşlılarla söhbət etməyin dəyəri ondadır ki, sizin taylarınızın qərarları qəbul etmə sistemi sizə elə də güclü kömək etməyəcək.

8. Sizdən yüksəkdə olan insanlar axtarın (həmçinin, sizə maraqlı olanlar) və onlarla vaxtınızı keçirin. Bu özlüyündə vacibdir, amma nəticə də vacibdir – qrupda adi olmağa çalışmayın,  ən yaxşı olmağa çalışın. (maraqlı şeylər edin, ambisiyalı, xeyirxah, hərisli biri olun)

9. Zamanla daha da konservativ (mühafizəkar) olacaqsız. Bu sadəcə faktdır. Bizi əhatə edən kəslər qabarcıq kimi bir şey yaradır və “status kvo”nu saxlamağa çalışır. Ona görə dəli ideyalarınızı İNDİ həyata keçirin. Sonra siz çox qorxaq olacaqsız. İnanın mənə.

10. Xərcləri minimuma endirin. Bu sizə yuxarıda dediyim o dəli fikri həyata keçirmək üçün ehtiyat yaratmağa imkan verəcək.

11. Obyektlərin köməyi ilə status qazanmağa çalışmaqdansa (hansı ki, müvəqqəti yüksəliş gətirir), onu təcrübə ilə artırın. Parisə getmək, yeni şkaf almaqdan daha yaxşı seçimdir. Araşdırmalar sübut edir ki,  belə seçimlər həyatdan aldığımız  məmnuniyyət səviyyəsini daha da qaldırır.

12. Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o, sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq.

13. Planlamanı öyrənin. Bu məntiqi, yaddaşı və fantaziyanızı çox yaxşı inkişaf etdirəcək.

14. Gənc yaşlarda artıq çəki yığmayın. Başlanğıcda sizin hormanlarınız bunda sizə köməkçi olacaq, lakin bu potensialı itirməyə dəyməz, inanın mənə.

15. Hazırlamağı öyrənin. Bu sizin həyatınızı çox rahatlaşdıracaq, qidalanma günlük iş olmaqdan çıxacaq, bahalı bir zərurətdən xoş bir məşğuliyyətə çevriləcək və həmçinin vəsaitlərinizə qənaət edəcək.

16. Yaxşıca yatın. Yuxu və yeməyini özün hazırlamaq sizə artıq çəki yığmamağa kömək edəcək. Əgər “qəbirdə yataram” və ya “çoxlu iş görməliyəm, yatmağa vaxt yoxdu” kimi düşünürsüzsə, onda mən sizə “yuxusuz siz effektsiz deyilsiniz” deyirəm, yuxu müddətinin qısaldılması sizə yardımçı olmayacaq.
 
17. Yaddaş kitabçasına sahib olun. Beyninizdə yerləşdirilmiş yaddaşınıza güvənməyin. Situasiyanı o vəziyyətə gətirməyin ki, edilməsi şübhə  yaradan şeyləri edəsiniz. Yalnız qeydlərinizə güvənin.
 
18. Özünüzə böyük bir məqsəd qoyun və hadisələrin sizə kömək etməyinə imkan verin. Əgər siz onu bir sənəd kimi yazmasaz, onda, əlbəttə ki, nəsə baş verəcək, amma siz onu qeyd etsəniz (təyin etsəniz) onda daha böyük bir şey baş verəcək.
 
19. Nədəsə mütəxəssis olmağa çalışın. 5 ilinizi işə sərf edin, ətrafda boşu-boşuna fırlanmağa yox. Əgər sonradan siz peşənizi dəyişmək istəsəniz, onda irəli. Ancaq nəsə seçin.

20. İnsanları düzəltməyə çalışmayın. Ondansa hələ ki düzgün olanları tapın.
 
Korrektə etdi :Salmanlı Ayna

ŞƏRH YAZIN