Reiki

0
1862
Reiki

Reiki nədir?

Reiki sözü yaponcadan tərcümədə ruhun qaynağı mənasını verir. Reikinin  məqsədi, yaşlıdan cavana hər kəsə sağlam bir həyat verməkdir. Hər bir kəsin işıqlığa çıxması və təmizlənməsidir. Ruhun təmizlənməsi dedikdə, hal-hazırda olan xəstəliklərdən xilas olmaq və gələcəkdə yaranan bütün potensial xəstəliklərdən qorunmaq nəzərdə tutulur. Bütün insanların reikiyə ehtiyacaları vardır. 

Reiki, bədəndə meydana gələn enerji natarazlıqlarını və mənfi everji bloklarını həll etmək üçün qeyri-kafi və ya əksik qalan enerjimizi nizamlayıb tamamlayar. 
 
Reikinin verdiyi şəfa müəyyən bir müddətdən ibarət deyil. Eyni zamanda, reikinin siyasi və fəlsəfi fikirlərlə heç bir əlaqəsi yoxdur. Reiki insanların bədənlərində şəfa toplamaq yoludur. Reikidə insanalar şəfa qaynağı olmaqdan çox, şəfanın vasitəçisidir. 
 
İndi isə reikinin bir sıra faydalarından bəhs edək. Reiki əsnasında və sonrasında tam bir rahatlama hissi meydana gəlir. İnsan bu zaman özünü çox dinc hiss edir. Bədən zəhərli toksinlərdən təmizlənir.
 
Reiki zamanı fərdin enerji səviyyəsi yenidən təşkil olunur. 
 
Reiki seminarlarına qatılan şəxslərə mütəxəssislər yəni, masterlər tərəfindən enerjidən istifadə etmək qabiliyyəti verilir. İnsanlara həm özləri, həm də başqaları üçün bunu necə tətbiq etmək lazım olduğunu öyrədirlər. İnsanlar bunu öyrəndiklərindən sonra həm özünü, həm də ətrafındakıları yaxşılaşdıra bilər.  
 
Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN