Reikidə universal həyat enerjisi öyrədəndən öyrənənə konsentrasiya yolu ilə keçir. Məlumat və ya düşüncələr insandan insana keçməz, yalnız saf enerji ötürülər. Reiki yalnız əl hərəkətləri və simvollardan ibarət deyil. Reiki zamanı təşəbbüs də çox önəmlidir. Təşəbbüs göstərməyən insanlar bunu edə bilməzlər və anlamazlar.
Reiki enerjisini verən mütəxəssis verici sayılır. Enerji axıdan adam vericidir, çünki kanaldır. Enerjinin axdığı adam isə alıcıdır. Əllər isə vasitədir. Burada reiki enerjisi şəfa gücü vəzifəsini daşıyır.
Reikinin sağaltmaq metodu, enerjinin əllər vasitəsilə bədənə köçürülməsindən ibarətdir. Orqanizmimiz— əzələ, sümük, sinir, damar və orqanlardan ibarətdir. Eyni zamanda orqanizmimizdə incə bir enerji sistemi də vardır. Və bu sistem vasitəsilə universal həyat enerjisi bədənimizdə hərəkət edir.
Reiki— insanın həyat enerjisini artıran bir üsuldur. Universal həyat enerjisi bədəndəki orqanları, hüceyrələri qidalandırır və onların işlərini daha yaxşı etmək üçün dəstəkləyir. Universal enerji axınının pozulmasına səbəb—stress, sağlam qidalanmamaq, ətraf mühit, radiasiya və mənfi düşüncələrimizdir. Əgər enerji axını pozularsa,orqanlar və toxumaların zəifləməsinə gətirib çıxarar.
Korrektor:Əhmədova Sevinc