Relki Necə Öyrənilir?

0
1956
Relki Necə Öyrənilir?

Reikinin heç bir zərəri və əks təsiri yoxdur. Heç vaxt yaddan çıxmaz və təsiri itməz. Bir çox xəstəliklərin tibbi müalicəsində tamamlayıcı kimi, zehni və fiziki gərginliklərdən azad olmaq üçün istifadə edilir. Dərmanların əks təsirini azaldır, yorğunluğu aradan qaldırır, qısaca olaraq, müsbət enerjini artırır və fərdi inkişafa əhəmiyyətli dərəcədə müsbət təsir edir. 

Reiki, bu gün dünyada iki milyon adam tərəfindən tətbiq olunur və hər gün reikidən istifadə edənlərin sayı ged-gedə artır. Dünyada bir çox xəstəxana da reikinin tətbiqi istiqamətində bir çox işlər görür. 
Reiki dünyada istər şəfa, istərsə də ruhi inkişaf məqsədilə istifadə edilən universal enerji mənbəyidir. Reiki, bir adam əllərini bədəninin üzərinə qoyaraq özü və ya başqasına enerji köçürürər. Reiki, bizi universal həyat enerjisini varlığına və şüurlu yaşamağa yönəldər. 
 
İlk mərhələdə reikinin özünüzə və başqasına tətbiq edilməsini öyrənirsiniz. Reikinin ətraflı tarixcəsi, necə tətbiq ediləcəyi kimi məlumatlar bu mərhələdə verilir.
 
İkinci mərhələdə daha dərin mental işlər görə bilər və enerjini başqa yerlərə köçürə bilərsiniz. Relkinin simvolları vardır. Bu mərhələdə bu simvolları öyrənəcəksiniz. İkinci mərhələ ilk mərhələdən üç ay sonra öyrədilir. 
 
Üçüncü mərhələ müəllimlik mərhələsidir. Bu mərhələ uzun müddət davam edən bir mərhələdir. Orta hesabla 1-2 il müddətində davam edir.  
 
Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN