Markalar Reklamlarda İnsanlara Nə Dərəcədə Təsir Edə Bilir?

0
1247
Markalar Reklamlarda İnsanlara Nə Dərəcədə Təsir Edə Bilir?

Markaların ya da məhsulların istehlakçıya yalnız funksional fayda təqdim etdiyi günlər artıq geridə qaldı.Hamımız bilirik ki,istehlakçının satış prosesini tətikləyən ən əhəmiyyətli faktorlardan biri hislərdir.Belə ki,bizi təsirləndirə biləcək şeyləri paylaşır və satın alırıq.Bu bir surprizdirmi?Xeyr.Satış işlərimizdə duyğularımız şüurlu qərarlardan əvvəl gəlir.

1990-2000-ci illər arası zarafat və istehza ilə bağlı olan reklam strategiyaları yerini duyğularımızı hərəkətə keçirən digər strategiyalara buraxdı.Xoşbəxtlik,eşq,insanlıq,yoldaşlıq artıq reklamlarda gördüklərimizi meydana gətirir.Yaxşı,bəs duyğular reklamlarda necə ifadə edilə bilir?Gəlin,bunu birgə aydınlaşdıraq. Tarixən insanlar bizə məlum olan 6 əsas duyğunu qavraya bilir:xoşbəxtlik,təəccüblənmək,qorxmaq,əsəbiləşmək,iyrənmək,kədərlənmək.

2014-cü ildə Psixologiya İnstitutunun yayımladığı araşdırma bu hisslərin ictimai ünsiyyət və strukturlara görə ayrı-ayrı kateqoriyalara ayrıla bildiyini iddia etdi.

Bu 4 kateqoriyada markaların öz məmulatlarını yaratmağı üçün gördüyü işlərə baxaq:

Bu kateqoriyada xoşbəxtlik duyğusundan istifadə edən markaların özlərini gülümsəmək,xoşbəxt müştəri və müsbət şeylərlə əlaqələndirmək istədiyinin şahidi oluruq.2010-cu ildə həmin mövzu ilə bağlı aparılan araşdırmada “New York Times”-da müsbət mövzularla əlaqəli məqalələrin mənfi mövzulu olanlara nisbətən daha çox paylaşıldığı göstərilir.

İstehlakçının ürəyinə və hislərinə toxunan reklamlar olaraq dəyərləndirə biləcəyimiz bu tip reklamlar xüsusilə son illərdə markalar tərəfindən hisləri,duyğuları oxşayan bir reklam olmuşdur.

Satılan məhsulun növ və xüsusiyyətindən asılı olaraq markalar insanlarda bu tip hislər oyada bilir.Çünki markalar bu yolla istehlakçıdan daha dolğun reaksiyalar ala bilir.

Məhz buna görə də qurduğu düzgün ünsiyyət fəaliyyəti  və ağlımıza gətirdikləri ilə satış prosesini daha uğurlu həyata keçirirlər.Axtarış proqramı ” Google”-dan tutmuş sığorta və hətta uşaq bezi reklamlarına baxdığımız belə hislərimiz ön plana keçir və biz bu tərzdə olan reklamlarla ailə görüşləri,bayram mövzulu reklamlardan tanışıq.

 

 

Tərcümə etdi:Nəzrin Məmmədova

ŞƏRH YAZIN