Səndə İşıq Var.

0
1628
Səndə İşıq Var.

“Səndə işıq var” Daniska reklam agentliyinin İşıq Universiteti üçün hazırlamış olduğu bir reklam layihəsi…

Qeydiyyat dövründə kompaniyanın əsas məqsədi bundan ibarətdir ki,daha çox şagird məhz bu universiteti seçsin.Bu məqsədlə hər il təşkil edilən universitetin təqdimat günlərini daha da bilinən bir hala gətirmək istəyən agentlik ilk öncə diqqəti çəkən və anlayışa uyğun gələn bir poster hazırlayaraq,İstanbulun bütün künc-bucağında bu kompaniyanı tanıtmağa başlayır.

Eyni bir vaxtda işi eşitdirmək məqsədini qarşıya qoyan agentlik ən effektiv yollardan birini seçərək kompaniyanı ictimaiyyətə virtual qaydada çatdırır.Bu yolla “Model” qrupundan bir mahnı istəyən agentlik daha sonra bu mahnıya kompaniyanın mesajını çox dəqiq bir şəkildə verən klip çəkir və həmin video ictimai mediada kütləyə təqdim edilir.

Kompaniyanın nəticələrinə gəldikdə isə ictimai mediada cəmi 1 milyondan çox istifadəçiyə çatan kompaniya əvvəlki illərin göstəriciləri ilə müqayisədə təqdimat günlərinə gələn şagird sayında 56%,qeydiyyatda olan şagird sayında isə 34%-lik artım təmin edildi.

 

Tərcümə etdi:Məmmədova Nəzrin

ŞƏRH YAZIN