Az Sərmayə ilə Başlanacaq Qazanclı İş İdeyaları

0
1871
Az Sərmayə ilə Başlanacaq Qazanclı İş İdeyaları

Sözün açığını desək, pərakəndə satış haqqında ideyalar təqdim etmək çox da çətin deyildir. Pərakəndə satış, qədim dövrlərdən indiki məlumat erasına qədər həmişə popluyar olmuş və iqtisadiyyatın əhəmiyyətli bir hissəsini təşkil etmişdir.Tanınmış bir çox milyarder 11 xanalı bank hesblarını, pərakəndə satışa başlayaraq və işlərini böyüdərək eldə etmişdir. Misal çəkmək lazımdırsa, İngvar Kampard, İKEA ilə birlikdə bu yolla dünyanın say-seçmə varlıları sırasına qatılmışdır.Pərakəndə satış işində xüsusilə, ilkin mərhələdə qlobal məqsədlər güdməyə ehtiyac yoxdur. Yaşadığınız qəsəbə və ya şəhərdə belə, çox yaxşı qazanc əldə etməyiniz mümkündür.

Pərakəndə satış ideyaları arasında ən uğurlu olmuş ideyaları sizinlə bölüşəcəyəm.
 
Şəkilli geyimlər
Uzun müddətdir xüsusilə, gənclərin üstünlük verdiyi şəkil yapışdırılmış geyimlər, istehsalçıların yaxşı pullar qazanmasına səbəb olmuşdur. Türkiyədə yaşadığınız bölgədə çox məsrəf etməyib, qeyri-adi bir mağaza dizaynı, üzərinə şəkil yapışdırılmış geyim çeşidləri və qeyri-adi aksesuarlarla yaxşı pullar qazanmağınız mümükündür. Mağazanızı açarkən gənclərin gözlərinin önündə bir yer olmasına və yaxınlıqda bu işə oxşar satışlar edən bir yer olmamasına diqqət etməlisiniz.
 
Qeyri-adi cihazlar
Texnalogiyanın inkişafıyla paralel olaraq, insanlara faydası olan bir çox avadanlıqlar istehsal edilməyə başlanmışdır. Bunların bir çoxu görənləri təəccübləndirir. Xüsusilə, Çində istehsal edilən qeyri-adi məhsulları Türkiyəyə gətirərək yaxşı qazancla sata bilərsiniz. Çində çox ucuza başa gələn və verilən sifarişə görə pulsuz karqo imkanı olan alış-veriş saytları vardır. Bunları araşdıra bilərsiniz. Misal üçün, Aliexpress və Dealextreme, bu sahədə mükəmməl təkliflər təqdim edən 2 fərqli saytdır. Məhsullarınızı əldə etdikdən sonra kiçik bir mağazada sata bilər ya da online satış saytınızı açaraq pul qazanmağa başlaya bilərsiniz.
 
Tort və keks
Əgər tort və keks bişirməyi bacarırsınızsa, evdə belə hazırlaya biləcəyiniz məmulatların satışından çox yaxşı qazanc götürə bilərsiniz. Satışlarınızı yaşadığınız bölgədə edə bilər, işlərinizi böyüdər, daha geniş bir kütləyə xidmət göstərə bilərsiniz. Bu işdə sosial medyanın əhəmiyyəti çox böyükdür. Xüsusilə, İnstagram və Facebook hesablarınızı açıb özünüzü reklam etsəniz, əminəm ki, məhsullarınızı almaq üçün uzaq məsafədən belə gələnlər olacaqdır.
İnternetdən istifadə etməyərək uğurlu bir sahibkarlıq fəaliyyəti göstərmək, bir çox bazar üçün demək olar ki, imaknsız hala gəlmişdir.
 
E-ticarət (elektron ticarət)
Hal-hazırda hər kəsin etmək istədiyi bir nömrəli iş ideyalarından bridir. E-ticarət sistemləri olduqca güclü bir təmələ və iş planına görə uğurlu olur. Birnci növbədə güclü bir kompyuter proqramçısına ehtiyacınız vardır. E-ticarət sisteminizin etibarlı olması və düzgün işləməsi baxımından bu çox əhəmiyyət kəsb edir.
 
Bundan əlavə saytınıza baxanların sizə etimadını təmin edən keyfiyyətli iş görən bir dizaynerə ehtiyacınız var. Güclü proqramı olan ancaq pis görünən bir saytdan heç kim alış-veriş etmək istəməz. Sosial mediyadan istifadə edərək reklamlar verməli, kampanyalarınızı və məhsullarınızı təqdim etməlisiniz.
 
Bunun üçün bazardakı sosial media firmaları ilə işləyə bilər ya da sosial media işlərinin öhdəsindən gələ bilən bir işçi götürə bilərsiniz. Nəhayət göstərdiyiniz xidmətin geri qayıdanlarını araşdıraraq, müştərilərin problemləri ilə məşğul olacaq müştəri təmsilçisinə ehtiyacınız vardır.
 
Beləliklə, problemlə üzləşən müştərilər, ehtiyacları olan köməyi qısa müddətdə ala bilər və sizin haqqınızda müsbət fikirlərə sahib olarlar.
 
İstifadə edilmiş əşya
Xüsusilə tələbələrin çox olduğu bölgələrdə yaxşı işlər görən isitifadə olunmuş əşya (ikinci əl) mağazaları, mallarını çox qazanclı bir şəkildə sata bilirlər. Bu işi görmək istəyənlərə bir ideya; LetGo və Sahibinden.com kimi ikinci əl əşya satan saytları araşdırmalı, hətta davamlı izləməlidirlər. Beləliklə çox aşağı qiymətə ikinci əl əşya əldə edə bilərlər.
 
 
 
Tərcümə etdi: Rəşadət Hidayətov
 
 
 
 

ŞƏRH YAZIN