İnternetdə Nə Sata Bilərəm?

0
4460
İnternetdə Nə Sata Bilərəm?

Online məhsul satışı böyük bir bazardır. Yeni müəssisə sahiblərinin, təşəbbüskarların və hətta sərmayəsiz pul qazanmaq istəyən insanların çoxu internetdən sata biləcəkləri məhsulları araşdırırlar. "İnternetdən nə sata bilərəm" deyənlər üçün bu yazını hazırladıq.


Evimdəki istifadə etmədiyim əşyaları mı satmalıyam? Yoxsa sadəcə online araşdırma aparmalı və bəyəndiyim məhsulların istehsalçısını tapıb, bu məhsulları mı satmalıyam?
Məhsulları internetdən satmaq pul qazanmağın ən asan yolu kimi göstərilir. Əminik ki, siz də sahibindən, ebay, amazon kimi internet saytlarında "pul qazanmağın ən sürətli yolu" reklamlarını görmüsünüzdür. Bu cür aldadıcı reklamlara özünüzü inandırmağınız və böyük ümidlərlə öz online işinizə başlamaq istəməniz son dərəcə normaldır. Bu bir gerçəkdir ki, internetdən məhsul satışı edərək başarılı ola bilərsiniz, lakin bu satmaq istədiyiniz hər hansı bir malı asanlıqla sataraq pulu qarantiləyəcəyiniz anlamına gəlməz.
Online məhsul satışında iki önəmli nöqtə vardır. Birincisi Doğru satış növlərini seçmək və ikincisi bu məhsulları haradan tapacağınızı bilməkdir.

1-Online satış üçün doğru məhsulların seçilməsi

İnternet satıcılarının ən böyük ortaq xətası ən yaxşı bildikləri və ya ən çox arzu etdikləri məhsulları seçmələridir ki, bu doğru bir istiqamət deyil. Çoxluqla yaxşı bir fikir olaraq gördüyünüz və sizin üçün doğru olan bir məhsulu satmağa çalışmaq uğur qazanmaq şansınızı azaldar. Niyə? Çünki, online satış həyata keçirərkən gerçək bir alış-veriş ortamında satış apararsınız. Online satışla məşğul olmaq real bir işdir və real işlər nəzəriyyələrlə, təxminlərlə və subyektiv seçimlərlə irəliləməz. Yeni bir online maqazin açmaq və  satış dünyasında yarışmaq istəyirsinizsə hansı məhsulu satacağınıza qərar vermənin tək yolu bazar araşdırması aparmaqdır. 

Məsələn, yeni satıcıların çoxunun elektrik cihazlarına qarşı marağı vardır. MP3 əşyalar satan bir istehsalçı taparlar və yeni online dükanlarını hazır hala gətirmək üçün bir sürü pul xərcləyərlər. Sonra da heç bir satış etmədən aylar keçər və bir sürü pul xərclədikləri halda niyə satışın olmadığı haqqında sualları yaranar. Anlamadıqları budur: girdikləri məhsul bazarındakı digər satıcılar birgə satın alma apardıqlarından topdan qiyməti aşağı salarlar və əgər siz məhsulları dropshipping (satıcılar alıcıları tapar, məhsulun göndəriləcəyi ünvanı və qiymətini müştəridən alır, məhsulun göndəriləcəyi ünvanı və qiymətini isə birbaşa istifadəçisinə göndərir. Satıcının qazancı isə məhsulu satın aldığı qiymət ilə satdığı qiymət arasındakı fərqdir) üsulu ilə satmağa çalışsanız sizin qiymətləriniz digər satıcıların qiymətlərinə görə daha bahalı olacaqdır. Bu cür satıcılar çox vaxt uğursuz olur, çünki online bazarı idarə edən ixtisaslaşmış satıcılarla rəqabət apara bilmirlər. 

Online satışa doğru məhsulları seçmənin açarı toplu bazarlara istiqamətlənməkdir.

2-Online satılacaq məhsulların tapılması

Tutaq ki, satacağınız doğru məhsulu seçdiniz və növbə bu məhsulu necə tapacağınıza gəldi. Satacağınız online məhsulları araşdırarkən "dəyişə bolən" qaynaqlar tapmanız lazımdır. Və bu nöqtədə bir istehsalçıya ehtiyacınız olacaqdır. 

İstər dropshipping üsulu ilə satış aparın, istərsə də topdan satış ilə. Satıcı olaraq məqsədiniz sizə ən yaxşı topdan qiyməti verəcək və sizə təkrar-təkrar məhsul tədarük edə biləcək daimi bir tədarükçü tapmaq olmalıdır. İnternet üzərində real tədarükçülər tapmaq olduqca çətindir. Çünki real tədarükçülər internet  üzərindən nadir hallarda reklam
verərlər. 

Ancaq sizə xəbərdar edək. Bu tədarükçülərlə bağlı reklamların 99%-i gerçək qaynaqlara aid deyildir. Bunların çoxu  brokerdir və yeni satıcıların uğursuz olmalarının ən böyük səbəbləridir. Brokerlər online satıcılar və real tədarükçülər arasındakı firmalardır. Özlərinin real istehsalçı olduqlarını söyləyərlər, amma bu böyük bir yalandır. Əsl məqsədləri sizdən pul almaqdır. 

İstehsalçıları (tədarükçüləri) araşdırarkən aşağıdakıları ağlınızdan çıxarmayın:

1-Real tədarükçülər sizdən aylıq xidmət haqqı almazlar,
2-Real tədarükçülər sizdən quraşdırma xərci almazlar.

Tutaq ki, online satış üçün məhsul tapmağa çalışırsınız və sizdən heç bir qiymət tələb etməyən bir tədarükçü tapdınız. Saxta ola bilərlər və sizə gerçək topdan qiymətlər verməyə bilərlər. Tədarükçülər sizə gerçək topdan qiymətləri verməzlərsə online məhsul sahəsində rəqabət apara bilməzsiniz. Nəysə ki, tapa biləcəyiniz real tədarükçülər də vardır. 

İnternetdən satış edərək pul qazanmaq sərmayəsiz iş fikirləri arasında ən başlarda yer almaqdadır. Hər kəsə xeyirli qazanclar.

Rərcümə edən: Cəlalə Yəhyalı.

ŞƏRH YAZIN