Məhsuldar bir iş həyatı üçün gediləcək yollar

0
2113
Məhsuldar bir iş həyatı üçün gediləcək yollar

Maaşınız və təltifləriniz iş fəaliyyətinizə görə təşkil edilir. Bəs siz iş fəaliyyətinizi necə stabil və məhsuldar bir hala salacağınızı bilirsiniz?

Bir adamın bir işdəki fəaliyyəti həm səmərəli, yüksək performans, həm də ən böyük kabus halına gələ bilər. Bu gün iş dünyasında işçilərin performansını yüksək tutan bir şirkət, həmçinin yaxşı idarə olunan bir şirkət deməkdir. Çünki ancaq bunu bacara bilən şirkətlər rəqabətdə önə çıxa bilir və xərcləri aşağı çəkə bilir.

Hamı fərdi, ya da ondan asılı olmayan səbəblərlə performansında zaman-zaman enişlər yaşayır. Hər zaman işləriniz böyük sürətlə, nəticəyə yönümlü şəkildə getməyə bilər. Bu halda əsas olan öz performans qrafikinizi hazırlamaq və idarə edə bilməkdir.

Mütəxəssislər bir şəxsin performansındakı dəyişiklikləri iki faktora bağlayır:

1. Çalışan şəxsin özüylə əlaqədar olan daxili faktorlar.

2. İş şərtlərinin və şirkətiçi auranın şəxs üzərində yaratdığı xarici faktorlar.

Məhsuldar bir iş həyatı üçün gediləcək yollar

Məhsuldar çalışmaq çox iş etmək demək deyil. Tam əksinə daha az, kefiyyətli və təminedici şəkildə işləməlisiniz. Məhsuldar olmaq isə bir sıra ünsürün zəncirvari şəkildə tətbiq olunması ilə reallaşır:

• Məqsəd və hədəflər dəqiqləşdirmək: Təşkilat çatmaq istədiyi nöqtəni və qısa dövrlü hədəflərini dəqiq olaraq təyin etməli və işçilərin də bunları tam başa düşüb-düşmədiyini aydınlaşdırmalıdır.

• Sistem və prosedurları yerləşdirmək: Həddindən artıq qayda-qanuna, quru sxemlərə qaçmamaq lazımdır. Sistem ədalətli olmalıdır. İnsanların qabiliyyət və bacarıqlarını göstərməyinə imkan yaradılmalıdır. Karyera imkanları toplu halda müzakirə olunmalı, hər kəsin fikri nəzərə alınmalıdır.

• Doğru insanlar doğru işlərdə çalışmalıdır: Hər işə ən uyğun insanlar seçilməlidir. Bir çox insan səhv işlə məşğul olduğu üçün iş məhsuldarlığının aşağı düşdüyünü hiss etmir.

• Doğru və yerində təhsil almaq,  motivasiyanı qaldırmaq: Bu mövzuda əskiklərimiz çoxdur. Motivasiya maddi və mənəvi düşünülməlidir.

• İdarəetmə və koordinasiya yaxşı olmalıdır: İdarəçilər işçilərinin uğurları üçün çalışdıqları təqdirdə müvəffəqiyyətli olacaqlarını anlamalıdır. Doğrular səhvlərdən daha çox görülməlidir.

• Belə bir təşkilata yaxşı bir lider lazımdır: İşçilərdə güvən yaradan və aidiyyət hissini gücləndirən bir liderlik, yuxarıda sayılan ünsürlərin yerində və zamanında həyata keçirilməsinə nəzarət edən, hədəflərə çatmaq üçün calışan və bütün təşkilatın müvəffəqiyyətini təmin edən bir lider olmalıdır.

Məhsuldar işinizini təmin edəcək 14 sual

Məhsuldarlıq işəgötürən və işçinin qarşılıqlı əlaqəsi nəticəsində ortaya çıxan bir vəziyyətdir. Məhsuldarlıqdan damışmaq üçün əvvəlcə fərdi hədəflərimizin diqqətə çarpan və dəqiq olması lazımlıdır. Bu hədəfə çatmaq, fərdi fərqliliyimizi yaratmaq üçün aşağıdakı suallara cavab axtarmağınız düşüncənizdə yeni pəncərələr açacaq.

1. Əsas hədəfim nədir və buna çatmaq üçün qarşıma nə kimi kiçik hədəflər qoymuşam?

2. Bununla əlaqədar bir sxem və ya zaman planım varmı?

3. Məhsuldarlığım etdiyim işə görə fərqlilik göstərir?

4. Hansı hallarda məhsuldarlığım yüksək və ya aşağıdır?

5. Məhsuldarlığımı aşağı salan və ya yüksəldən faktorların neçə faizi məndən, neçə faizi xarici faktorlardan asılıdır?

6. Şəxsi dəyərlərim nələrdir və bunun nə qədərini iş yerimdə tapa bilirəm?

7. Vəzifəmi bacarmağıma dair inancım nə vəziyyətdədir?

8. Vəzifəmin öhdəsindən gəlmək üçün lazımlı səlahiyyətlərim varmı?

9. Bütün qaynaqlarımı istifadə edə bilirəmmi?

10. Güclü və inkişafa açıq istiqamətlərim nələrdir? Bunun üçün nə edirəm?

11. İşləri təxirə salma meylim var? Varsa, hansı işləri?

12. Kifayət qədər təsirli əlaqə yarada bilirəmmi?

13. Nə qədər işin həllini mən edirəm, nə qədərini qarşı tərəfdən gözləyirəm?

14. Nələrə reaksiya verirəm? Reaksiyam yerinə görə olur?

İdarəetmə problemləri işçiyə təsir edir

Ödənişlərin azlığı işçilər tərəfindən ən çox göstərilən ayrılma səbəbi olaraq qarşımıza çıxmaqla birlikdə, araşdırmalar nəticəsində işdən ayrılmağın 75%-nin rəhbərlik çətinliklərindən qaynaqlandığı müəyyən olunub. 

İki məşhur araşdırmacı, McCLELLAND və Franzın birgə işi, motivasiyası yüksək olan şəxslərin maliyyə performanslarının da yüksək olduğunu sübut edir. Ancaq gəlir yüksəkliyinin uzun müddətli motivasiyanı təmin etdiyini təəssüf ki, deyə bilmirlər. Hər işçinin fərqli motivasiya anlayışı olduğunu və standart yanaşmanın istənilən nəticəni vermədiyini düşünsək, özünü daha yaxşı tanıyan, reaksiyalarını idarə edən, inkişaflarını sürətləndirən şəxslər iş yerində qarşılaşdıqları problemləri asanlıqla həll etməklə daha yüksək bir performans göstərə, iş məhsuldarlığını artıra bilərlər.
 

ŞƏRH YAZIN