Günorta yatırsınızmı?

0
2693
Günorta yatırsınızmı?

Bazara daxil olan fərqli bir çox mobil cihaz və yeni model əlaqə sistemləri vardır. Mobil proqramlar hazırlamaq heç olmadığı qədər gəlirli bir iş halına gəlmişdir və dayanmadanyüksəliş keçirir. Bundan 5 il əvvələ qədər proqramçıların əlaqə sistemi seçimlərində sərhəd var idi, çünki sadəcə Windows Mobile, BlackBerry və Apple vardı. Lakin bugün yeni mobil platformlarının və fərqli versiyaların artmasıyla bərabər platforma formalı proqram konseptləri  olduqca məşhur oldu və mobil proqram yaratmaq sahəsi pul qazanmaq istəyən proqram yaradıcıları üçün kəşf edilməyi gözləyən bir xəzinə oldu.

Bu məqalədə sizlərə mobil proqramlardan pul qazanmağın yollarından bəhs edəcəyik.

Son dərəcə xeyirli bir iş.
Apple App Store (Apple proqram mağazassı), yhe Google Android Market, RİM`s App World (RİM proqram dünyası) və Nokia Ovi Store kimi böyük proqramlaşdırma mərkəzlərinin hamısı son bir neçə ildir ki, milyonlarla dollar gəlir əldə edirlər. Mobil proqramlar reklam aparmağın, məhsullar və xidmətlər təklif etmənin və sosial məulmat paylaşımını artırmağın ən asan və ən yaxşı yollarından biri olmuşdur. 

Mobil proqram hazırlamaq bazarı olduqca genişdir və bu gözlənti əsasında uğur qazanmaq istəyən proqram yaradıcıları və şirkətlər cüzi bir başlanğıc sərmayəsi ilə mükəmməl imkanlar yaxalaya bilərlər. Angry Birds gözəl bir başlanğıc yaxalayan ən yaxşı oyun proqramlarından biridir. Uğurlu olan başqa proqramlar olsa da Angry Birds ən çox satılan proqramlar arasına girmişdir və yaradıcısı Rovio`ya məksimum miqdarda gəlir qazandırmışdır.

Mobil proqramlarının uğur qazanmasının gizli formulu.
İstifadəçilər tərəfindən milyon dəfələrlə yüklənilən və məşhur olan minlərcə proqram vardır. Lakin bunlardan sadəcə bir neçəsi böyük oyunçular kimi böyük gəlir əldə edər. Bunun arxasındakı gerçək səbəb şirkətlərdəki hissiyyat əksikliyidir. 

Angry Birds misalına yenidən qayıdacaq olarsaq Rovio proqramın pulsuz versiyasını Android merketdə bazara çıxarmışdır. Bu versiyada reklam çubuğu vardır və gəlirin əsas 
qaynağı budur. Bugün şirkət proqram satışından çox reklamlardan pul qazanmaqdadır. 

Təbii ki, proqramın uğur qazanması istifadəçi insan sayına və eyni zamanda proqram üçün sərf olunan vaxta bağlıdır. Rovio proqram yaratmaq təcrübəsi olan və tanınmış bir şirkətdir. Yaradıcı heyət mobil istifadəçiləri  cəzb edəcək və  proqramı təkrar-təkrar istifadə edəcəyini təmin edəcək bir oyun yaratmağa yönəlmişdi. Şirkət proqramı davamlı olaraq yenilədi və eyni zamanda yeniləmələrin pulsuz versiyasını yaratdı. Angry Birds sadə bir mobil proqramından daha artığıdır. O, dünya üzərində milyonlarla  istifadəçisi olan bir markadır.

Mobil sosial paylaşımı avantaj olaraq istifadə etmək.

Proqram bazarında uğur qazanmağın en yaxşı yollarından biri mobil sosial proqramlar yaratmaqdır. Proqram yaradıcılarının biraz daha çox çalışaraq hazırladığı bu proqramlar istifadəçiləri dostları ilə online olaraq məlumat paylaşmağa vadar edir. Facebook və Twitter  kimİ mobil xidmətlər bu cür proqramların ən yaxşı örnəkləridir. 

Sosial proqramlar  yaradıldığında böyük miqdarda pullar qazanmaya bilərsiniz. Lakin proqram içi satın almalar əlavə etməyiniz daha artıq gəlir əldə etməyinizə köməkçi olacaqdır. Mobil sosial oyunlara diqqət çəkən yaradıcılar istifadəçilərə biraz qiymət qarşılığında  oyunların tamamilə reklamsız versiyalarını təqdim edərək pul qazana bilirlər.

Mobil markalar və daşıyıcılarla ortaq olmaq.

Proqram yaradıcılarının və şirkətlərin bir çoxu bazara çıxarmaq üçün mobil markalar və daşıyıcılarla ortaq olular. Müddət doğru şəkildə planlanarsa iki tərəf üçün də qazanclı olar. Bununla bərabər proqram hazırlayan gəlirin kiçik bir hissəsini alarkən  mobil cihaz markası və ya daşıyıcı gəlirin böyük hissəsinə sahib olur. 

Bununla bərabər markaların və ya daşıyıcıların hər birinin öz şərtləri vardır. Bu da  proqramçının həvəslənməsinə səbəb olur. Bütün bunlara rəğmən  çalışmalarını göstərməkvə bazarda  fərq edilmək istəyən yeni yaradıcılar üçün mobil proqramlar olduqca yaxşı bir fürsətdir. 

Tərcümə edən: Cəlalə Yəhyalı
 

ŞƏRH YAZIN