Profesional satış qaydaları

0
2245
Profesional satış qaydaları

Satışda müvəffəqiyyət, müvəffəqiyyətli bir satış görüşü ilə başlayır. Satış görüşündə alıcılara tələb etdikləri və ya istəkləri kimi bir məhsul təqdim edilməlidir. Bu edilmədiyi halda çox vaxt satış reallaşmadan görüş sona çatar.

Buna görə də satışla bağlı görüşlərdən əvvəl aşağıdakı suallar cavablandırılmış olmalıdır: 

Kiminlə nə üçün, hansı mövzuda və necə görüşəcəyəm? Nələrlə qarşılaşa bilərəm? Bunlara hazırlıqlıyammı? 

Satışla bağlı görüşün əvvəlində mütləq bir iş görülməlidir; bölmələr, qiymətlər kimi əhəmiyyətli bütün məlumatlar nəzərdən keçirilməlidir. Bu kimi mövzularda müştəri olacaq namizədin qarşısında tərəddüd etmək, edilən işə hakim olunmadığı imicini yaradacaq. 

Müştərilər məhsulu almadan əvvəl satıcıya güvənmək istəyirlər. Yəni məhsuldan əvvəl satıcını satın alarlar. Bu səbəblə satıcının əvvəlcə müştəri olacaq namizədə özünü sevdirməyi bacarmalıdır.

Bir satıcı mütləq yaxşı bir dinləyici olmalıdır. Xüsusilə satışla bağlı görüşdə dinləmək danışmaqdan daha əhəmiyyətlidir, çünki insanlar danışarkən qarşı tərəfə ipucları verir. Satışda müvəffəqiyyətin yolu qarşı tərəfin nə istədiyini öyrənmək və bunu əldə etməsində ona köməkçi ola bilməkdən keçir.

Müştəri namizədinə işlətmənin və məhsulun digərlərindən fərqli və üstün tərəflərinin çox yaxşı izah edilməsi lazımdır. Günümüzün şüurlu istehlakçısı ehtiyac və gözləntilərini tam mənasıyla qarşılayacaq məhsulları satın almağı seçməkdədir. Bu səbəblə məhsulların hansı ehtiyaclara uyğun gəldiyinii yaxşı bilməli və görüşdə məhsulun həmin tərəfləri ön plana çıxardılmalıdır. 

Görüş əsnasında müştəri namizədinin ehtiyac və istəklərinə fokuslanmaq lazımdır. Qarşı tərəf «Bunun mənə nə faydası var?» sualına cavab ala bilməlidir. Bu da görüşü müştəri namizədinin fərdi ehtiyac və istəklərini qarşılayacaq şəkildə fərdiləşdirməklə olar.

Görüşdə istifadə edilən ən əhəmiyyətli texnikalardan biri sübut etmə yoluyla razı salma üsuludur. Bu üsulda ən çox istifadə edilən məmnun müştərilərin sözlərini köçürməkdir. Üçüncü tərəflərin təsdiqləyici ifadələri, işlətmə və məhsullar haqqında güvən meydana gətirmək baxımından son dərəcə təsirlidir.

Satışda əhəmiyyətli olan, qarşı tərəfə qazanclı çıxdığını hiss etdirməkdir. Bu səbəblə satış reallaşdığında tək satıcı tərəfin deyil, hər iki tərəfin də qazanclı çıxması təmin edilməlidir. Bunun üçün də alıcının da qazanacağı alternativlər araşdırılmalı və təqdim edilməlidir. Əks halda güvən itkisi meydana gələcək və gələcəkdəki əlaqələr zədələniləcək.

Hər sektorun özünə görə bir sifariş qəbul və kreditləndirmə sistemi vardır. Əhəmiyyətli olan bu rəsmiyyətlərdə müştəriyə kömək edə bilmək və yol göstərməklə işini asanlaşdırmaqdır. Beləcə, müştərilərin vaz keçmə qərarını almasına da maneə törədəcəkdir.

Hər satış yeni bir satış üçün başlanğıc olmalıdır. Müştəri müəssisənin digər məhsullarını da satın almaq istəyə biləcəyi kimi, insanlar da gələcəkdə müştəri seçiminə məruz qala bilər.

Görüşmə əsnasında müştərilərdən gələn tələblər qeydə alınmaqla, müəssisə məhsul istehsal edərkən həmin qeydləri nəzərə alınmalıdır.

 

ŞƏRH YAZIN