Rəqabət - biznesdə uğurun əsas elementlərindən biri kimi

0
3087
Rəqabət - biznesdə uğurun əsas elementlərindən biri kimi

Rəqabətin aydın dərk edilməsi biznesdə uğurun əsas elementlərindən biridir. Hətta sizin məhsul və ya xidmətiniz bazardakı unikal boşluğu doldursa da, başqa şirkətlər eyni müştərinin ehtiyaclarını təmin etmək üçün başqa variantlar təqdim edə bilər. Rəqabət barədə düşünərkən öyrənməli olduğunuz əsas şey müştərilərin hansı məhsulu və xidməti digərindən daha üstün tutduğudur.

Rəqabət birbaşa (eyni məhsulun satışında rəqabət)  və dolayı (eyni bazarda rəqabət) ola bilər. Birbaşa və dolayı olmasından asılı olmayaraq, rəqabətin intensivliyi biznesdə uğura hərtərəfli təsir edir. Bu səbəblə sənayedə başqalarından daha üstün olduğunuzdan əmin olmaq üçün biznes planlaşdırmada rəqabətin bütün növlərini nəzərə almaq vacibdir. 

Birbaşa rəqabət

Oxşar məhsul və ya xidmət təklif edən çoxsaylı bizneslər arasında birbaşa rəqabət yaranır. Burger King və McDonald's birbaşa rəqiblərdir.

Müştərilər bir şeyi haradan almalı olduqlarına qərar verərkən qiymət, məkan, xidmət səviyyəsi və məhsulun xüsusiyyətləri arasındakı müxtəlifliyi nəzərə alır. Ancaq heç də bütün müştərilər bu xüsusiyyətləri eyni dərəcədə qiymətləndirmir və məhz buna görə də rəqabət yaranır. Biznesinizin mövqeyini müəyyənləşdirməklə müxtəlif növ istehlakçıya nail ola bilərsiniz. Məsələn, varlı istehlakçıları hədəfləyən bizneslər qiymətlə bağlı rəqabət aparmır, lakin hədəf auditoriyası işçi təbəqə olan biznesdə rəqiblərdən biri eyni məhsulu daha aşağı qiymətlə təqdim edə bilər. Rəqibinizin mövqeyini müəyyənləşdirməklə onun biznesindəki boşluqları öyrənə bilərsiniz.

Dolayı rəqabət

Dolayı rəqabət fərqli məhsul və xidməti təklif edən lakin eyni qrup istehlakçını hədəfləyən və onların eyni ehtiyaclarını təmin etmək məqsədi güdən bizneslər arasında yaranır. Bu, həmçinin, əvəzetmə adlanır.

Demək olar ki, bütün bizneslər dolayı rəqabətlə qarşılaşırlar. Məsələn, Web dizaynerlər kimi xidmət provayderləri Wordpress kimi özün hazırla (DIY) xidmətləri ilə və hətta yüklənməsi və alınması mümkün olan hazır web şablonlar ilə dolayı rəqabətə girir. Bütün bu xidmətlər müştərilərin web səhifə yaratmaq ehtiyacını qarşılayır.

Müştərilərin ehtiyaclarını təmin etmək üçün bütün mümkün yolları nəzərə almaq və rəqabəti ələ almaq üçün düzgün strategiya yaratmaqla, siz özünü bazarda unikal və rəqibsiz hesab edən digər biznes sahibləri üzərində üstünlük qazana bilərsiniz.

 

ŞƏRH YAZIN