Youtobe`Dan Nə Qədər Pul Qazana Bilərəm?

0
2767
Youtobe`Dan Nə Qədər Pul Qazana Bilərəm?

İnternetdən pul qazanmağın ən məşhur yollarından biri də youtobe`dan pul qazanmaqdır. Bu yazımızda sizlər üçün ən çox maraqlı olan "youtobe`dən nə qədər pul qazana bilərəm?" sualını araşdıracayıq.


Əvvəlcə deyək ki, bu suala dəqiq bir cavab vermək mümkün deyildir. Hər 1000 baxışda 1 dollar və ya hər bir baxış zamanı 5 dollar qazana biləcəyinizi eşitmiş olmalısınız.Reallıq budur ki, baaxış sayına görə sabit miqdarda pul qazanmırsız. İnsanların reklamla əlaqə qurmasına bağlı ola olaraq pul qazanırsınız. Burada əlaqə deyərkən, reklama baxılması və ya 30 saniyədən çox izlənməsidir. YouTobe reklamçılığı Adwords platformasından idarə olunmaqdadır. Reklamçılar baxış başına mailiyyət və ya izlənmə başına mailiyyət reklamlarını seçərlər. 

Reklam növləri.

Baxış başına mailiyyət.
Baxış başına mailiyyətə reklamçılar seçim başına ödəniş edərlər. Yəni əgər müəyyən bir açar sözün seçilməsi başına mailiyyət 3 dollardırsa və birisi bu reklamı seçərsə reklamçı 3 dollar ödəyər. Bu mətn reklamları ekranın aşağı tərəfində birdən çıxır və eyniz zamanda kvadrat banner olaraq kanalınızın sağ tərəfində görünür. 

İzləmə başına mailiyyət.
İzləmə başına mailiyyətdə reklamçılar izlənmə başına ödəniş edər. Reklamçı üçün izlənmə birisinin reklamı ən az 30 saniyə izləməsi və ya reklamın yarısını izləməsidir. Bu insan
reklama 50 dəfə tıxlayarsa belə pul qazana bilməzsiniz, çünki reklamçı seçim üçün deyil, izlənmə üçün ödəniş edər. 

TrueView : yayın öncəsi, axtarış və yayın içi reklamlar.

Yayın öncəsi reklamlar, video başlamadan öncə göstərilir və 5 saniyə sonra qapadıla bilər. 

Axtarış reklamları, axtarış nəticələrində çıxar və açıq sarı qutu ilə əhatəlidir. 

Yayın içi reklamlar YouTobe`un tövsiyyə olunan video sahəsinin sağ tərəfində göstərilir.

Diqqət hara yönələrsə reklamlar da ora gedər.

Reklamçılar sadəcə biri bir reklamı açdığında və yaxud bir reklamı 30 saniyə izlədiyində ödəniş edər. Və bu səbəblə də sadəcə görüntülənməyə görə pul qazanmazsınız. Videonuz
on milyon dəfə görüntülənsə belə kimsə sizin reklamınızı izləməzsə və ya reklamlara daxil olmazsa pul qazana bilməzsiniz. Reklamçılar özlərini müəyyən və hədəflənmiş
izləyicilərin önünə çıxaranlara böyük pullar ödəyərlər. 

YouTobe kanallarımdan birində müəyyən bir hədəf kütləyə uyğun video nümunələri təqdim edirəm. Bu kanal işlətmə sahiblərinə maddi vəziyyətlərini necə quracaqlarını,
xərclərini necə necə izləyəcəklərini və vergilərdən necə qənaət edəcəklərini öyrədir. Müəssisə sahibləri ilə əlaqə yaratmaq istəyən hər hansı bir şirkət bu kanala reklam
yerləşdirmək istəyir, çünki eyni hədəf kütləni hədəfləyirik. Mənim kanalımı izləyənlər onların potensial müştəriləridir.

YouTobe kanalından daha artıq pul qazanmanın yolları.

YouTobe`dan daha artıq pul qazanmanızı təmin edəcək və indidən istifadə etməyə başlaya biləcəyiniz bir neçə yol vardır. Bunlar:
 
1-Sniper yanaşmasını mənimsəyin.

Reklamçılar müəyyən hədəf kütlələri olan hədəfə yönəlmiş YouTube kanallarını istəyərlər. Reklamlarını təsadüfi  istifadəçilər yerinə müəyyən vəzifədəki istifadəçilərin kanallarına
qoyarlar. 
Videolarınızı müəyyən insan maraqlarına görə hazırlayın. Bu təməl reklamçılıqdır. Hədəf kütlənizi tamamlayın. Hədəf kütlənizin 21-55 yaş arasındakı qadınlar olduğunu söyləməyin.
Bu çox ümumi və müəyyən olmayan "shotgun" yanaşmasıdır. 21 yaşındakı bir qızla 55 yaşındakı bir qadınla danışa bildiyiniz kimi danışa bilərsiniz? Əbəttə ki, xeyr. Hədəf 
kütlənizi müəyyənləşdirin və onları hədəfləyən videolar hazırlayın.

2-Toxunma başına mailiyyəti yeksək olan açar kəlimələri hədəfləyin. 

Müəyyən açar kəlimələrin digərlərinə görə daha çox qazandırdığını ağlınızdan çıxarmayın. Reklamçılar "ev krediti" (toxunma başına mailiyyəti 17.63 dollar) kəliməsinə "ucuz 
telefon qabları" (toxunma başına mailiyyəti 1.38 dollar) kəliməsinə daha çox ödəniş edərlər, cünki dönüş daha yüksəkdir. Ev kreditləri 5 000 dollardan çox olarkən, ucuz telefon 
qabları sadəcə 5-10 dollardır. Toxunma  faizi 0,01 % olan və bir milyon görüntülənməsi olan telefon qabı videosundan mı gəlir əldə edərsiniz, yoxsa toxunma faizi 0,08% olan
və sadəcə 10 000 dəfə izlənmiş ev krediti videosundan?

Aşağıdakı ssenariləri gözdən keçirin:

Ssenari 1
Yeni iPhone ilə bağlı hazırladığınız videonun reklam tıklama faizi 0,1% olduğunu və 1 000 000 dəfə izləndiyini təsəvvür edək. Tıklama başına mailiyyət 1,38 dollar olarsa 
yekun qazancınız 1,380 dollar olar. Google 45%-ni aldığı üçün tam qazancınız 759 dollar olacaqdır. Yəni 1,317 izlənmədə 1 dollar qazanırsınız. 

Ssenari 2
Ev kreditləri ilə əlaqədar hazırladığınız videonun reklam izlənmə faizi 0,8% və 10 000 görüntüləmə təsəvvür edək. Yəni 80 nəfər reklama toxundu. Toxunma başına mailiyyət 
17.63 dollardırsa, 1,410 dollar olur. Google 45%-ni aldığına görə tam qazancınız 776 dollar olur. Yəni 13 izlənmədə 1 dollar qazanırsınız.

Nəticə: Bu örnək ssenarilər, youtobe`dan nə qədər pul qazanacağınızın; videolarınızın məzmununa, izlənmə sayına və reklamların tıklanmasına  bağlı olaraq dəyişəcəyinə söyləmək
lazımdır. Tıklama başına mailiyyəti yüksək olan açar kəlimələri əhatə edən  sözləri hədəflərsəniz pul qazanmaq üçün milyonlarla  izlənmə almanıza ehtiyac yoxdur.

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN