Əsrin Xəstəliyindən Əziyyət Çəkirsiniz?

0
550
Əsrin Xəstəliyindən Əziyyət Çəkirsiniz?

Texnologiyanın inkişafı ilə bağlı demək olar ki, hər evdə internetdən istifadə olunur. Günün əsas hissəsini kompyuter qarşısında keçirənlər real həyatdan təcrid olunub virtual həyat yaşamağa başlayırlar. Bəlkə, siz də bu siyahıya aidsiniz? Kompyuter sizi də özündən asılı hala salıb? Gəlin, yoxlayaq.

İnternetdən asılı olduğunuzu sübut edən 12 hərəkətiniz

1. Hər yerdə, hər zaman qulağına “Facebook”un çat səsi gəlirsə...
2. Kompyuterinə kimsənin toxunmasını istəmirsənsə...
3. Şərait olmadığı vəziyyətdə də internetə girməyə özünü məcbur hiss edirsənsə...
4. Hər şeyi internetdə axtarırsansa...
5. Duyğularını ifadə etmək üçün mimikaların yerinə klaviaturanı istifadə etməyə üstünlük verirsənsə...
6. Eyni otaqda olduğunuz birinə “Facebook”la mesaj yazırsansa...
7. İnterneti olmayan bir yerə getdiyini öyrənəndə gərginləşirsənsə...
8. İnterneti olmayan bir yeri tərk edəndə rahatlayırsansa...
9. Danışıqlarında internetdə gördüyün fikirlərdən daha çox istifadə edirsənsə...
10. Tətili planlaşdırarkən ilk maraqlandığın şey orada internetin olub-olmamağıdırsa...
11. Tez-tez telefonunu yoxlayırsansa...
12. Ən böyük qorxun, enerjisi bitmiş və enerji aləti olmayan bir kompyuterdirsə...

ŞƏRH YAZIN